Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                 

Maliyyə nazirinin komandası təşvişə düşüb - İDDİA
Tarix: 6-04-2018, 09:02 | Çap et
Maliyyə nazirinin komandası təşvişə düşüb
Nazir Samir Şərifov və onun Maliyyə Nazirliyindəki sadiq komandasına daxil olan şəxslərin bu ilin mart ayının 14-də Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasındakı vəzifələrini itirmələri barədə məlumat vermişdik.

Xatırladaq ki, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramov hələ Cahangir Hacıyevin zamanından başlayaraq uzun illər ABB-də Müşahidə Şurasının sədri olub.

“Reytinq”in məlumatına görə, Azər Bayramovun rəhbərlik etdiyi 5 nəfərdən ibarət Müşahidə Şurasının tərkibində Samir Şərifovun daha iki kadrı da təmsil olunub. Bunlar Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanovla, Maliyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışan Mahir İsrəfilov idi. Lakin ABB-dəki son iclasda yenidən formalaşan Şurada Samir Şərifovun bu 3 kadrı “vuruldu”. Bütün bunlar isə onun rəhbərlik elədiyi Maliyyə Nazirliyində də müzakirələrə səbəb olub.

Məlumata görə, Azər Bayramovun ABB-dən uzaqlaşdırılması nazirlikdə yeni söz-söhbətlərə rəvac verib. Bəziləri iddia edir ki, prezident seçkilərindən sonra növbə Maliyyə Nazirliyinə çatacaq və bu qurumdakı korrupsiya şəbəkəsi hədəfə çevriləcək.

İddialara görə, Samir Şərifov nazirlikdaxili prosesləri birinci müavini vasitəsi ilə deyil, məhz müavini Azər Bayramovun əli ilə reallaşdırır: “Son bir neşə ildə Azər Bayramov nazirlikdə özünü nazir kimi aparırdı. Bu, onun qardaşı Ceyhun Bayramovun Təhsil Nazirliyində əvvəl aparat rəhbəri, daha sonra nazirin 1-ci müavini təyin edilməsi ilə daha qabarıq görünməyə başladı. Mikayıl Cabbarov vergilər naziri təyin edildikdən sonra isə çoxları düşünürdü ki, tezliklə Azər müəllimin qardaşı təhsil nazir təyin ediləcək. Lakin belə bir anda onun özünü ABB-dən uzaqlaşdırdılar. Üstəlik, qardaşının nazir təyinatı da reallaşmadı. Təbii ki, bütün bunlar Azər Bayramovun simasında bəzi maliyyəçi məmurlarda xəyal qırıqlığı yaradıb”.

Məlumatda bildirilir ki, A. Bayramovun zəifləməsindən ən çox narahat olanların başında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusibov durur: “O, məhz Azər Bayramovun köməyi ilə Gəncə Dövlət Universitetinin rektoruna qarşı əndazəyə sığmayan kampaniya aparıb, onu “yıxdı”. Bu barədə ölkə KİV-ləri ayrı-ayrı vaxtlarda məlumatlar yayıblar. Dərhal da həmin universitetdə prorektor işləyən qardaşı Yusif Yusibovun rektor təyinatı həyata keçirildi. Sözsüz ki, bütün bunlar Azər Bayramov-Ceyhun Bayramov qardaşlarının Mikayıl Cabbarova minnətçi düşmələrinin hesabına baş verdi. İndisə Mikayıl Cabbarov digər nazirliyə göndərilib, postuna isə Ceyhun Bayramovun gətiriləcəyini, bununla da iddia sərhədlərinin daha da genişlənəcəyini düşünən Cavanşir Yusibov son vaxtlar baş verənlərdən narahat olub. Çünki Samir Şərifovdan daha çox, Azər Bayramovu özünə lider sayan Cavanşir Yusibov bilir ki, liderinin çöküşü ona da, hətta qaydalara zidd oyunla rektor təyin edilmiş qardaşına da problem yarada bilər”.

Maliyyə Nazirliyinin əməkdaşlarından biri “Reytinq”ə deyib ki, A. Bayramovun nazirlikdəki fəaliyyəti onun şəxsi mənafeyinə xidmət edir: “Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, ancaq şəxsən tanıdığı, dostları, qohumları və həmyerlilərini bir çox şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirib. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi tanışları, dostları və qohumları tərəfindən, onların təsis etdiyi firma və şirkətlər vasitəsi ilə aparılır. Bu isə nazirlikdə korrupsiyanın sistem halında çalışması deməkdir. Halbuki, dünyanın heç bir yerində elə bir sistem yoxdur ki, bir şəxs həm dövlət büdcəsinin xərclərini, həm də aparılmış xərclərin təftişini həyata keçirsin. Ancaq Azər Bayramov çox ustalıqla Samir Şərifovun etimadını qazanaraq, həm ölkəmizin büdcə xərcləri "təsnifatı"nı aparır, həm də büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə, Azər Bayramov dövlət büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsəmələri ört-basdır etmək imkanı qazanır”.

Məlumatlı şəxsin sözlərinə görə, dövlət büdcəsinin xərclər bölgüsünün strukturuna nəzər yetirdikdə aydın görmək olur ki, A. Bayramovun səyi və şəxsi təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən ya tamam, ya da qismən çıxarılır. Bu isə mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsinə əlavə olunur: “Bu xərclər əsasən Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlıq İdarəsi tərəfindən həyata keçirilir. 1 saylı Xəzinədarlıq İdarəsinin müdiri də kənar adam deyil, o, Azər Bayramovun həmyerlisi və qohumu Nadir Qarayevdir. Sonrakı mərhələdə isə Cavanşir Yusibov ortaya girir və o, təftiş adı ilə nazir, komitə sədri, agentlik direktoru və icra başçılarından tutmuş, hətta məktəb direktorlarına qədər bir çox məmurlarla haqq-hesab çəkir. Nəsə, bunlar başqa mövzunun materialıdır. Ancaq əmin olun ki, hazırda Maliyyə Nazirliyindəki proseslər, o cümlədən Dövlət Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinə də nəzarəti həyata keçirən Bayramov burada da “ipi” əlində cəmləyib. Halbuki, Dövlət Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti üst-üstə düşə bilməz və bir-birinin əksi olan iki quruma bir şəxsin nəzarət etməsi dövlətin gələcəyi və korrupsiyaya qarşı müabrizə aspketindən düzgün deyil. Bu işin belə qurulması dövlətin maliyyə vəsaitlərinin asanlıqla talan olunmasına şərait yaradır. Ancaq görünən odur ki, Azər Bayramov – Cavanşir Yusibov - Nadir Qarayev tandeminin bütün qanunsuz əməllərinə, həmçinin, hətta nazir, komitə sədri və icra başçılarının büdcəsinə də müdaxilə etmələrinə nazir Samir Şərifovun göz yumması səbəbsiz deyil. Lakin onun da mövqeyinin son aylar zəifləməsi, Azər Bayramovun ABB-də üzləşdikləri, qardaşının isə nazir təyinatının gerçəkləşməməsi nazirlikdəki qruplaşmada ciddi narahatlıq yaradıb”.
P.S. Yazıda adları çəkilənlərin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru