Ziya Məmmədovla Arif Əsgərovun dövlətə verdiyi daha bir badalaq üzə çıxdı - İTTİHAM
Tarix: 29-03-2018, 08:55 | Çap et
Azərbaycanın regional ticarət-tranzit mərkəzinə çevrilməsi istiqamətində ciddi işlər görülür. Birbaşa ölkə rəhbərliyinin diqqətində olan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində irihəcmli layihələr həyata keçirilir.
Belə mühüm layihələrdən biri də Bakı-Tiflis-Qars dəmiryol xəttidir. Tikintisinə 10 ildən çox vaxt gedən xəttin rəsmi açılışı ötən ilin oktyabrında baş tutub. Elə o vaxtdan da cəmiyyəti yolun istismara tam hazır olacağı, sərnişindaşımalarının başlanacağı müddət maraqlandırır.
Azərbaycan Dövlət Dəmir Yolu ASC-nin sədri Cavid Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Bunun səbəbi isə 3 il əvvəl sədrin adlarını çəkmək istəmədiyi bəzi adamların səhlənkarlığı üzündən sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır: “Vaqonların alınması ilə bağlı 3 il əvvəl saziş imzalanıb. Lakin adını çəkməyəcəyim bəzi adamların səhlənkarlığı üzündən saziş sonadək işlənməyib. Sonra mən cənab prezidentə müraciət etdim, o, tapşırıq verdi, əlavə maliyyə mənbəyi tapıldı. Bundan sonra vaqonların hazırlanmasına başlanır, bu da haradasa 7-8 ay çəkəcək. O vaqonlar xüsusi vaqonlardır. Çünki bizim ərazimizdə yol enlidir, Türkiyə ərazisində isə dardır. Həmin vaqonlar bu dəyişikliyə uyğunlaşdırılmış formada olacaq. Yəni təkərləri avtomatik daralacaq, çox yeni texnologiyadır, ilk tətbiq edənlərdən biri bizik”.
A.Qurbanov ad çəkməsə də hər kəs bilir ki, onun verdiyi bu açıqlamada söhbət sabiq nəqliyyat naziri Ziya Məmmədovdan və “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəisi Arif Əsgərovdan gedir. Bu iki şəxsin Azərbaycanın dəmir yolu sistemini necə bərbad vəziyyətə qoyduqları, necə talayıb dağıtdıqları haqda indiyədək çox yazılıb. Görünür, Məmmədov-Əsgərov tandeminin talançılığının altını hələ bir neçə il də çəkməli olacağıq. Xatırladaq ki, Arif Əsgərovun korrupsiya əməlləri haqda beynəlxalq mediada çox yazılıb.
“OCCRP”nin (Mütəşşəkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) reportyorları onun İsveçin nəhəng nəqliyyat infrastrukturu şirkəti “Bombardier Transportation”la bağladığı müqavilənin aqibəti barədə silsilə yazılar dərc ediblər. Bu mövzuda istər xarici mediada, istərsə də Azərbaycan mediasında artıq neçə ildir ki, yazılır. Oxuculara xatırlatma üçün həmin yazılardan birinin linkini təqdim edirik: (http://musavat.com/news/arif-esgerovun-adi-kecen-korrupsiya-isinde-yeni-gelisme-toyuq-ve-inek-saxlayan-kendli-nece-milyoncu-olub_425381.html).
C.Qurbanov həmçinin BTQ-də işlərin durumu barədə məlumat verib: “Dəmir yolunun çəkilişləri əsasən 4 hissədən ibarətdir. Bu 4 əsas hissə hazır olandan sonra dəmir yolu tam işlək vəziyyətdə olur. Bakı-Tiflis-Qars dəmir yolunun 1-ci hissəsi, yəni yol təsərrüfatı 96 faiz hazırdır. Dəmir yolunun elektrik təsərrüfatının 92-94 faizi hazır vəziyyətdədir. Bütün bunlar Gürcüstan ərazisində qalan işlərdir. Oradakı hissəni də biz tikirik, Azərbaycan maliyyələşdirir, bizim şirkətlər tikir. Orada çatışmayan məsələ rabitə və işarəetmə sistemindədir - burada işlər 55 faiz görülüb. Bu barədə cənab prezidentə məruzə etmişəm, iqtisadiyyat naziri ilə oturub müzakirələr aparmışıq. Zəruri vəsait ayrılacaq və bu ilin sonunadək bu işlər də tamamlanacaq. İlkin mərhələdə, yəni bu ilin sonundan illik 2-5 milyon ton yük ötürməyə imkanımız var.
Azərbaycan ərazisində olan 500 km-lik hissənin 40 km-i təmir olunmayıb. Yolun ikitərəfli olduğunu nəzərə alsaq, 1000 km-in 40 km-i qalıb. Elektrik şəbəkəsinə gəlincə, Azərbaycan ərazisində problem yoxdur, amma yenilənməsi istiqamətində işlər davam etdiriləcək. Cəmi 30 faizi yenilənib. Gürcüstan ərazisində olan 267 kilometrin 183 kilometri Azərbaycanın maliyyəsi hesabına yenidən qurulub. 4,4 kilometr tunel artıq başa çatıb Türkiyə ərazisindəki 79 kilometri hazırdır, lakin elektrik şəbəkəsi yoxdur".
ASC sədrinin dediyinə görə, aprelin 5-də Azərbaycan Avropadan gələn 40 vaqonluq ilk qatarı qarşılayacaq: “Yolun gələcəyi çox böyükdür. Türkiyə-Çin arasında 400 min konteyner daşıması var. Gələcək dəmiryolunundur. Xüsusilə də ekoloji baxımdan dəmiryol daşımaları ən əlverişli vasitədir”.
C.Qurbanov Şərq-Qərb regional nəqliyyat dəhlizinin Rusiya ərazisindən keçən marşrutunun işləməyə başladığını deyib: “Eyni zamanda Qazaxıstandan İran ərazisi ilə də hərəkət başlanıb. Lakin bizim ərazimizdən olan marşrut hələ işləməyə başlamayıb. Hazırda bizim marşrut Avropaya ən yaxın, qiymətcə ən ucuzudur. Çin Rusiya ərazisindən ixracı genişləndirmək üçün xeyli subsidiya ayırıb. Yanvarda biz Çində olduq, onları bura dəvət etdik. Yenə gedəcəyik, hesab edirəm ki, Çin tərəfi bizim marşruta da subsidiya ayırmağa başlayır.
Ötən il biz öz üzərimizdən 1,8 milyon ton yükü keçirmişik. Builki hədəfimiz 4 milyon tondur".
İdarə sədrinin dediyinə görə, Çin-Qazaxıstan-Rusiya marşrutunu Azərbaycan üzərindən keçən marşrutdan daha sərfəli edən əsas amil qiymət fərqi imiş. Lakin Azərbaycanın təşəbbüsü ilə Gürcüstan və Türkiyə tərəfi ilə müzakirələr aparılıb, hər iki ölkə öz ərazisində daşıma haqqında güzəştə gedib: “Bu razılaşmadan sonra artıq bizim marşrut qiymətcə də ən ucuzudur. Bu bizə imkan verəcək ki, Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə daşımaların həcmini artıraq. Yəni artıq bu marşurutun keçdiyi bütün ölkələrlə tariflər razılaşdırılıb”.
Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması istiqamətində görülən işlərdən danışan C.Qurbanov bu məsələnin də çoxdan qaldırıldığını, lakin bir növ rəfə qoyulduğunu bildirib: “Biz onu yenidən qaldırdıq, cənab prezidentə məruzə etdik. O da məsələnin mahiyyətini dərhal tutdu, zəruri vəsaiti ayırdı. İran ərazisinədək olan yolu, körpünü hazır etdik. İran təırəfi də bizə dəstək verdi, İran ərazisində 35 hektar yeri icarəyə götürdük, 1,5 km yol tikdik. Oradakı terminallarımız artıq hazırdır. Gündə 14-15 vaqon yük ötürürük. Yanvar-fevralda 500 vaqon Rusiya yüklərini ötürmüşük. Gələn ildən gündəlik vaqon boşaldılmasını 100 vaqona çatdıra biləcəyik. Cənab prezident Astarada keçən yük maşınlarının hamısını rüsumlardan azad etdi. Tezliklə Rəşt-Astara dəmiryolunun tikintisinə başlanacaq. Bu yola kreditin ayrılması məsələsi razılaşdırılıb”.
Sədrin sözlərinə görə, Bakı ətrafında dairəvi dəmiryol xəttinin tikintisi çərçivəsində 25-26 yeni stansiya tikiləcək. Bu stansiyalar arasında yeni, komfortlu qatarlar fəaliyyət göstərəcək. Bu qatarlarda sürət minimum 100 km/saat olacaq. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
|