Təhsil naziri postuna iddialıların sayı artır - Belə deyirlər...
Tarix: 2-03-2018, 09:07 | Çap et
Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsindən az qala üç aya yaxın vaxt keçsə də, ən strateji sahələrindən biri sayılan Təhsil Nazirliyinə rəhbər təyinatının həyata keçirilməməsi çoxsaylı müzakirələrə yol açıb.
“Reytinq” qəzetinin məlumatına görə, təyinatın gecikməsinin əsas səbəbi, əslində, yeni nazir təyinatından sonra bütövlükdə təhsil sektorunda aparılacaq və geniş struktur dəyişikliklərini özündə ehtiva edəcək islahatlar paketinin hazırlanmasıdır.
Bildirilir ki, hazırlanan yeni islahatlar layihəsində orta məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə geniş və çoxsaylı tədbirlərdən tutmuş, peşə ixtisas məktəblərinin aidiyyəti nazirliklərin himayəsinə verilməsi, həmçinin ali məktəblərə qəbul mexanizminin təkmilləşdirilməsi, o cümlədən təhsil sektorunda korrupsiyanın kökünün kəsilməsi kimi vacib məsələlər də yer alıb. Eyni zamanda, layihədə həyata keçirilməsi nəzərdə tutulan ən əhəmiyyətli islahatlardan biri eyni profilli dövlət ali məktəblərinin birləşdirilməsi və bəzi ali məktəblərdəki korrupsiyanın kökünün kəsilməsi üçün sərt cəza tədbirlərinə əl atılmasıdır. Təbii ki, bunun üçün Təhsil Nazirliyinin başında “dəmir əl” durmalıdır.
“Reytinq”in əldə etdiyi məlumata görə, nazir təyinatının ləngiməsi bu posta can atanların sayını artırıb, meydana yeni iddialılar çıxıb:
“Mətbuatdan bildiyiniz kimi, bu posta xeyli sayda şəxsin adı hallanıb. Lakin hazırda bu vəzifəyə nisbətən şanslı sayılanlar təhsil naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov, Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Bakı Ali Neft Məktəbinin rektoru, təhsil nazirinin keçmiş müavini Elmar Qasımovdur”.
Məlumatlı şəxs iddia edir ki, hazırda bu üçlük arasında nazir postu uğrunda gizli mübarizə gedir:
“Lakin hər iki rektor Ceyhun Bayramovla açıq formada üz-üzə gəlmək istəmir. Çünki Ceyhun Bayramovun qardaşının əlində güclü rıçaqlar var. O, ölkənin maliyyə sektoruna nüfuz edəcək 2-3 nəfərdən biri olan maliyyə naziri Samir Şərifovun “sağ əli” Azər Bayramovdur. O Azər Bayramov ki, yaxın ətrafı ilə bağlı problem yarananda, nazir müavini kimi təmsil etdiyi nazirliyin gücündən rəqiblərinə qarşı dəfələrlə yararlanıb. Elə Gəncə Dövlət Universitetinin keçmiş rektorunun başına hansı oyunların açılıb, onun yerinə gətirilən Yusif Yusifovun kimliyinə diqqət edib, mətbuatda yazılanları araşdırsanız məsələni geniş şərh etməyə ehtiyac olmayacaq. Yusif Yusifovun Maliyyə Nazirliyində xidmət rəisi olan qardaşı Cavanşir Yusifov Azər Bayramovun qrupunda olduğu üçün əvvəlki rektoru asanlıqla “devirib”, onun postuna sahiblənə bildi”.
Məlumatda qeyd olunur ki, onlar həm də eyni rayondan – Gədəbəydəndir. Bu qrup bütün rəqiblərinə qarşı maliyyənin verdiyi inzibati güclə vuruşaraq, qalib gəliblər: “Yəni Mustafa Babanlı, Elmar Qasımov və ya bir başqa iddialı buna görə Ceyhun Bayramovu göz önünə alaraq, kompromat savaşına keçə, bununla da iddilarını açıq göstərə bilmirlər. Əks halda onların rektoru olduğu təhsil müəssisələri güclü maliyyə yoxlamalarına məruz qalar və əldə edilən materialllar başlarının bəlasına çevrilər”.
Böyük ehtimalla, yoxlama qorxusu C. Bayramovun rəqiblərini ehtiyatlı olmağa vadar edir. Nazir vəzifəsini icra edən Bayramovun isə hər keçən gün iddiası daha da artır:
“Ceyhun Bayramova hazırda ən ciddi rəqib keçmiş nazir müavini olan Bakı Ali Neft Məktəbinin rektioru Elmar Qasımovdur. Qasımov hələ Misir Mərdanovun dövründə bu posta sahib çıxmaq istəyib. Lakin saraydaxili çəkişmələrdə daha mahir oyunçu olan Mərdanov onu “vuraraq” arzusunu gözündə qoydu.
İndisə vəziyyət fərqlidir. Rəhbərlik etdiyi məktəbdə yeni sistem quraraq imicinin qayğısına xüsusi diqqət edən Qasımov hazırda Bayramov və sürpriz sayılacaq digər iddialılarla birlikdə yeni təhsil naziri vəzifəsinə eyni şansda qiymətləndirilir”.
Mənbəmiz deyib ki, təhsil naziri təyinatının seçkiyədək həyata keçirilməsi mümkün görünmür: “Məncə, indiki mərhələdə bu təyinat olmayacaq. Böyük ehtimalla təyinat seçkidən sonra baş tutacaq”.
Reyting.az-ın xəbərinə görə, bu arada "Yeni Müsavat” yazıb ki, təhsil naziri postuna təyinat, seçkidən sonra, yəni aprel ayının sonlarına doğru baş tuta bilər.
Təhsil üzrə eksperti Kamran Əsədov isə hesab edir ki, bu halın təhsil sisteminə təsiri var:
"Bundan başqa da Təhsil Nazirliyində bir çox şəxslər artıq Vergilər Nazirliyinə getdiyi üçün onların da yeri boşdur. Yəni təkcə nazir deyil, nazirlikdə bir sıra vəzifələr idarəçilik baxımından yerində deyil. Bu hal həm dövlətlərarası bir neçə layihələrin həyata keçirilməsini ləngidir, həm də Azərbaycanda hansısa layihəni həyata keçirən xaricilərdə inamsızlıq yaranır”.
Ekspert təyinatın bu qədər gecikməsinin səbəbini sözügedən nazirliyin ləğv olunacağı ilə də əlaqələndirib:
"Düşünürəm ki, seçkilərdən sonra Təhsil Nazirliyi ləğv olunacaq və Elm-təhsil və İnnovasiya adlı qurum yaradılacaq. Bir neçə qurum da bunun tabeliyində birləşəcək. Məncə, təyinatın gecikməsinə də səbəb elə budur. İnsanların təhsilə inamı yox idi. Düşünürəm ki, boşluğun aradan qaldırılması üçün zaman lazım olacaq. Çünki yeni gələn şəxs təhsili öyrənəcək, təyinatlar həyata keçirəcək ki, bu da zaman alacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|