"Kimsəyə öz torpaq sahəmizdən “xərac” verəsi deyilik" - GİLEY
Tarix: 21-02-2018, 09:16 | Çap et
Vicdanlı alıcılar Rəsulzadə Bələdiyyəsi sədrinin illərdir onları məhkəmələrdə süründürməsindən şikayətçidir
Fevralın 13-də Qafqazxeber.az saytında “Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bələdiyyə sədrindən Prezidentə və Birinci vitse-prezidentə ŞİKAYƏT” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda müraciət müəllifi, Azərbaycan Respublikası şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Qiyas Şahmuradov bildirmişdi ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində bələdiyyə sədri Hümbət Hüseynov tərəfindən şəhid ailəsi və məcburi köçkünlərin mülkiyyət hüquqları tapdanır, onlara məxsus torpaq sahəsi qanunsuz olaraq mənimsənilir.
“Təşkilatın üzvü, etibarnamə üzrə nümayəndəsi olduğum, Şəhid Ailəsi, Xırdalan şəh. Abşeron Gənclər Şəhərciyi, blok 6, mən 39 ünvanında yaşayan Qədimalıyeva Səmərqa Məhərrəm qızı və Qarabağ müharibəsi veteranı, Yeni Yasamal, bina 14, mən.59 ünvanında yaşayan Fərzalıyev Fəxri Fərzalı oğlu ərizə ilə təşkilata müraciət edərək köməklik istəyib. Şahverdiyev Namiq Maarif oğlu, Qədimalıyeva Səmərqa Məhərrəm qızı və Fərzalıyev Fəxri Fərzalı oğlu 04.05.2015-ci il tarixli, 0640765 saylı «Çıxarış»la Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Cəfər Cabbarlı küçəsində yerləşən ünvanda torpaq sahəsi alıblar. Binəqədi rayonu , M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov isə onlara məxsus olan bu torpağı qanunsuz şəkildə ələ keçirmək məqsədi güdür”, – deyə müraciətdə qeyd olunub.
Onun sözlərinə görə, N.Şahverdiyev, S.Qədimalıyeva və F.Fərzalıyev üç ildir bütün instansiyalarda qalib gəlmələrinə baxmayaraq, H.Hüseynov öz nüfuzundan istifadə edərək, yenə də vətəndaşları incitməyə davam edir.
Q.Şahmuradov qeyd edib ki, ƏMDK yanında Torpaqların Dövlət İdarəsinin Təşkili Üzrə Dövlət Agentliyinin direktoru Möhümə Heraçiyev tərəfindən 10 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 160820001989 saylı müraciəti ilə bu torpaq sahəsinin Rəsulzadə Bələdiyyəsinin ərazisi olmaması barədə və onun bu torpağa dair verdiyi sənədlərin qanunsuz olduğu bildirilmişdir.
“Həmçinin bildiririk ki, Bakı şəh.İcra Hakimiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə M.Ə.Rəsulzadə və Binəqədi Bələdiyyələrinə ayrılmış ərazinin hüdudları xaricində yerləşdiyi, sözügedən torpaq sahəsinin Şahverdiyev Namiq Maarif oğlunun xüsusi mülkiyyətində olduğu göstərilmişdir. Bu işlə bağlı qanuni şəkildə araşdırma aparıldıqda aydın şəkildə görmək olar ki, Rəsulzadə Bələdiyyəsinin sədri H.Hüseynov bizim torpaq sahəsinə qonşu olan iki qardaşa həyətyanı sahələrini genişləndirilməsi üçün hər birinə 9-4 sot torpaq sahəsinə qeyri-qanuni bələdiyyə sənədi verib”, – deyə Q.Şahmurov ölkə rəhbərliyinə müraciətində vurğulayıb.
Məsələyə aydınlıq gətirmək üçün, “Qafqaz Xəbər” qəzeti adıkeçən vətəndaş Namiq Şahverdiyevlə əlaqə saxlayıb.
N.Şahverdiyev qeyd edib ki, üç ildir Ali Məhkəmə ilə Bakı Appelyasiya məhkəməsi arasında get-gəldədirlər: “Üç il əvvəl iki qohumla birlikdə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində çıxarışla 0,27 ha torpaq sahəsi almışıq, lakin üç ildir ki, Rəsulzadə Bələdiyyəsi sədri Hümbət Hüseynov və onun havadarları bizim qanuni torpaqlarımızın bir hissəsini saxtalaşdırma yoluyla başqasına satıblar. Hətta torpaq sahəsinin əvvəlki sahibi Qabil Abuzər oğlu Kərimov da uzun müddət bu cür incidilib, onun torpaq sahəsinin ortasından və yuxarı başından 0,09 və 0,004 ha-lıq hissələri köhnə tarixlə Süleymanov Vidadi Firudin oğlu və onun qardaşının həyat yoldaşı Hüseynova Fəridə Bəşir qızının adına sənədləşdirilib. Ekspertiza təyin edilib, müəyyən olunub ki, bizim torpaq sənədlərimiz qaydasındadır lakin, bu şəxslərin torpaq sahəsinin koordinatları müəyyən olunmayıb. Ümumiyyətlə, sübut olunub ki, həmin ərazi Rəsulzadə Bələdiyyəsinin hüdudlarına daxil deyil. Hümbət Hüseynov isə yenə də inadla məhkəmə çəkişmələrini davam etdirir, məhkəməyə də özü çıxır. Mən ondan niyə hər məhkəməyə özünün gəldiyini soruşanda deyir ki, mən vətəndaşların hüquqlarını qoruyuram. Mənsə dedim ki, axı biz də vətəndaşlarıq, bizim hüquqlarımızı niyə tapdalamaq istəyirsən? O isə gülüb keçdi… Bu günlərdə Bakı Appelyasiya Məhkəməsi bizim xeyrimizə qərar çıxardı, lakin yenə də öz torpaq sahəmizə gedə bilmirik. Yaxınlıqda boş torpaq sahələri olmasına baxmayaraq, bizim mülkiyyətimizə göz dikərək hasarımızı sökən Süleymanovlar qardaşı orda bizi bel-kürəklə qarşılayır, əraziyə yaxınlaşmağa imkan vermirlər. Gərək, öz mülkiyyətimə baş çəkmək üçün polisə müraciət edim, yoxsa, başqa cür o torpaq sahəsinə yaxınlaşmaq mümkün deyil”.
Namiq Şahverdiyev “Qafqaz Xəbər” qəzetinə bildirib ki, hələ üç il əvvəl Hümbət Hüseynovun yanına gedərək, ona aid torpaq sahəsindən əl çəkməyi xahiş etmişdi.
“O isə mənə dedi ki, gərək orda mənim də 7 sot torpağım olsun. Mən dedim ki, bu torpaq sahəsini pul verib sahibindən almışıq. Kimsəyə öz torpaq sahəmizdən “xərac” verəsi deyilik. Ondan sonra isə təzyiqlər daha da artdı. Mən onun Binəqədi RİH tərəfindən himayə olunduğunu eşitdikdə, RİH-ə gedərək, başçının birinci müavini İlqar Süleymanova problemi izah etdim. Torpaq sahəsinə aid bütün sənədləri, mütəxəssis rəylərini göstərdim. İlqar müəllim hələ mən məsələ barədə danışmamış, Hümbət Hüseynovu haqlı çıxarmağa çalışırdı. Daha sonra, İlqar Süleymanovu da çağırdı və yenə də onu müdafiə etməyə davam etdi. Mən haqlı olduğumuzu sübut edəndən sonra isə, İlqar Süleymanov mənə qəribə bir təklif verdi: “Namiq müəllim, bəlkə, bu işi qarasına həll edək?”. Mən onun nə demək istədiyini təxminən anladım və “yox, elə “ağına” həll etmək lazımdır, çünki qanun bizim tərəfimizdədir”, – deyərək RİH binasını tərk etdim. Açıq-aşkar göründü ki, bu məsələdə Hümbət Hüseynov tək deyil və Binəqədi RİH-də onu müdafiə edirlər”, – deyə vətəndaş əlavə etdi.
Biz Rəsulzadə Bələdiyyəsinə zəng edərək, Hümbət Hüseynovun da fikrini öyrənməyə çalışdıq.
Bələdiyyədən bildirdilər ki, sədr əraziyə çıxıb, bələdiyyədə suallarımıza cavab verəcək başqa adam yoxdur. Əlaqə nömrələrimizi versək də, nə Hümbət Hüseynov bizə zəng elədi, nə də onu sonrakı saatlarda bələdiyyədə tapa bildik.
Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanovu da yerində tapmaq müşkül işə çevrildi, çünki iş günü ərzində Binəqədi RİH-in saytındakı nömrələrdə zəngimizə cavab verən olmadı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|