2017-ci il Azərbaycana nələri QAZANDIRDI? - “Ölkəmiz çətin vəziyyətdən şərəflə çıxa bilib”
Tarix: 5-01-2018, 11:42 | Çap et
Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, yola saldığımız 2017-ci ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafına səbəb olub. Təbii ki, bu, respublikada sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də qeyd edib ki, 2017-ci ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra olunub, Azərbaycanda sabitlik təmin edilib. Dövlət başçısı sabitliyin mənbəyi kimi xalq-iqtidar birliyini nümunə göstərib. Onun sözlərinə görə, dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Prezident İlham Əliyev Azərbaycan xalqının 2017-ci ildə sabitlik şəraitində yaşadığını vurğulayıb. Qeyd edib ki, 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Prezidentin sözlərinə görə, baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, ölkəmiz apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilib. Xatırladaq ki, dövlət başçısının fikirlərini Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən faktlar da təsdiq edir. Belə ki, həmin müddətdə qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb. Dövlət üçün prioritet sayılan kənd təsərrüfatında 2,8 faiz artım qeydə alınıb. İlin yekununa görə isə kənd təsərrüfatı sahəsində artım 4 faizdən çox olub. 2017-ci ilin 9 ayında xarici ticarət dövriyyəmiz 7 faiz artıb. Burada ixrac idxalı böyük fərqlə üstələyib. İlin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabər olub. Bununla yanaşı, ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artıb və həmin vaxt bu rəqəm 42 milyard dollar səviyyəsində olub. Dövlət başçısının təəbirincə desək, əlbəttə ki, bu, bizim strateji ehtiyatımızdır, Azərbaycana həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir. Azərbaycanın indiyə qədər, o cümlədən 2017-ci ildə əldə etdiyi iqtisadi uğurlar beynəlxalq mötəbər təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Misal üçün, 2009-cu ildə Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın "Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilməsini göstərmək olar. 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin "Cənub-Cənub” mükafatını alıb və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib. Davosun Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutub. Son olaraq isə 2017-ci ildə Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Prezident İlham Əliyev Azərbaycan xalqını bayram münasibətilə təbrik edərkən bu faktların da üstündə dayanıb. Bildirib ki, bu, ölkəmizdə aparılan çox ciddi islahatların gözəl nəticələr verdiyini bir daha sübut edir. Ötən ilin ən əlamətdar hadisələrini diqqətə çatdıran Prezident İlham Əliyev "Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsinin həll olunduğunu xatırladıb. Bildirib ki, bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək, yalnız Azərbaycana verilən bonus 3 milyard dollardan çox olacaq. Üstəlik, sazişə əsasən SOCAR-ın "AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Prezident deyib ki, ötən il Cənub Qaz Dəhlizinin icrası da son mərhələyə qədəm qoyub. 2018-ci ildə TANAP layihəsinin açılışının gözlənildiyini vurğulayan ölkə başçısı bunu da tarixi hadisə kimi dəyərləndirib. Deyib ki, bu layihə vasitəsilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir. Ümumi götürdükdə isə həm "Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması, həm də TANAP layihəsinin açılışı Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün çox böyük əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev qitələri birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə açılış mərasiminin keçirilməsinə də toxunub. Bildirib ki, Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividentlər gətirəcək. Məlumat üçün qeyd edək ki, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bütün bunları nəzərə alsaq, dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir.
2017-ci ilin iqtisadi uğurlarından söhbət açan dövlət başçısı İlham Əliyev Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini söyləyib. Şimal-Cənub nəqliyyat dəhlizinə toxunan Prezident deyib ki, açıq dənizlərə çıxışı olmayan Azərbaycan dünya miqyasında strateji nəqliyyat mərkəzinə çevrilir. Qeyd edək ki, hazırda "Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində iş gedir. Bu istiqamətdə də çox önəmli nəticələr var. Azərbaycan qısa müddətdə bu yolu da qonşu ölkələrlə birlikdə istifadəyə verəcək. Beləliklə, bundan sonra həm Şərqdən Qərbə və əks istiqamətə, həm də Şimaldan Cənuba və əks istiqamətə dəmir yolları Azərbaycan ərazisindən keçəcək. Bu, Azərbaycana əlavə iqtisadi mənfəət və əlbəttə ki, siyasi dividendlər gətirəcək. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|