Fazil Məmmədovun “kassa aparatı” ilişdi: - yeznə əldən gedir
Tarix: 27-12-2017, 08:59 | Çap et
Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsinin işdən çıxarılması barədə xəbərlər təsdiqlənib.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini olan Namiq Quliyevin işdən çıxarılması barədə xəbərlər hələ dekabrın əvvəlində yayılmışdı. Bildirilirdi ki, dekabrın 5-də nazir işdən çıxarıldıqdan bir gün sonra Namiq Quliyev də ərizəsini yazıb.
Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.
Namiq Quliyev haqda zaman-zaman çox ilginc xəbərlər yayılıb. Məsələn, deyilirdi ki, Namiq Quliyev naziri son vaxtlar, ümumiyyətlə, saymırmış, nazirliyə kefi istəyəndə gəlirmiş. Hətta yeznənin iki lüks kabineti də varmış. Biri nazirlikdə əsas binada, digəri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində. Namiq Quliyevin əsasən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindəki kabinetində oturduğu deyilirdi. Bildirilirdi ki, “əsas pul burada yığıldığından” yeznə gününü bu binadakı kabinetində keçirirmiş.
Fazil Məmmədov qaynından nazirlikdə oturmasını tələb etsə də, Namiq Quliyev onun sözünə baxmırmış.
Qeyd edək ki, 2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Namiq Quliyev də olub.
Fazil Məmmədov yeznəsinin Vergilər Nazirliyini ailə biznesinə çevirmək üçün hər şey etmişdi. Məsələn, nəzarət-kassa aparatlarını Fazil Məmmədovun bacısı oğlu, yəni Namiq Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “CASPEL” MMC-nin ölkəyə gətirdiyini bilməyən yox idi. Hələ 2011-ci ildən başlamış “kassa işi” o zaman böyük hay-küy də yaratmışdı.
Fazil Məmmədovun xeyir-duası ilə “CASPEL”ə “yaşıl işıq” veriləndən sonra iş adamlarının qara günləri başlamışdı. Vergi müfəttişləri obyekt sahiblərinə məhz “CASPEL” şirkətinin satdığı kassa aparatlarını quraşdırılmasını tələb edirdilər. Maraqlıdır ki, vergi müfəttişləri bunun səbəbini gizlətmir, həmin şirkətin vergilər nazirinin bacısı oğlunun olduğunu deyir, hətta “kim o aparatları alıb quraşdırmasa, vəziyyəti pis olacaq”, - xəbərdarlığını da edirdilər. Məsələn, 2012-ci il qiymətləri ilə “4613-XXX” tipli aparatın qiyməti 1980 manat, quraşdırılma xərci isə 520 manat olub. Bir kassa aparatı üçün sahibkarlardan 2500 manat alınıb. Yanacaqdoldurma məntəqələrindən isə hər kolonkaya bir aparat qoyulmasını təmin ediblər ki, bu da bir YDM-dən 10 min manat qazanc deməkdir. Hansı ki, kassa aparatlarının satışı ilə məşğul olan digər 20-dək şirkətlər vaxtilə bu aparatları cəmi 240 manata satırmışlar. “Mini-T 400 ME” markalı aparatı yeznənin şirkəti sahəsi 50 kvadrat metrə qədər olan obyektlərə quraşdırıb ki, onu “CASPEL” 700 manata, digər şirkətlər isə 150 manata satırdılar. Adi statistikaya görə, ölkə üzrə təxminən 4 min şadlıq evində quraşdırılmış bu aparatlardan (hər biri 2500 manat) nazirin yeznəsinin şirkəti 10 milyon manat əldə edib. Orta hesabla bütün ölkə üzrə Fazil Məmmədov və yeznəsi bu əməliyyatdan 50 milyon manat əldə edib. Şübhəsiz ki, bu hələ bilinən bir maxinasiyadır ki, yeznə vaxtı gələndə bunlara cavab verməli olacaq.
Gələn bilgilərə görə, F.Məmmədovla bağlı iqtidarın tavrı onun yaxın çevrəsində şok effekti yaradıb. Birbaşa sabiq nazirlə bağlı olan bir çox iri şirkətlərdə, müəssisələrdə qeyri-müəyyənlik yaranıb, müəssisələrə rəhbərlik edən şəxslərin çoxu işə çıxmır. Hamının “burnunda” bir həbs təhlükəsi “qoxusu” var....
Yeni vergilər naziri Mikayıl Cabbarov isə “təmizləmə” aparılan nazirlikdə bir sıra yeni təyinatlar edib. Musavat.com “Report”a istinadən xəbər verir ki, nazir özünə iki müşavir və köməkçi təyin edib. Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər. C. Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.
M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub. C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.
“YM”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|