“Real” MTK-nın sahibi İlham Qasımov ev dustaqlığına buraxılacaq? - İDDİA
Tarix: 13-11-2017, 08:59 | Çap et
Ötən gün redaksiyamıza şikayət məktubu ilə müraciət edən və «Sahil-D», həmçinin «Real» MTK-ların sahibi olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il (sonradan apellyasiya instansiyasında cəzası 12 ilə azaldılmış/) azadlıqdan məhrum edilmiş iş adamı İlham Qasımovun əməllərindən zərərçəkmiş Səbinə Əlizadə sensasiya doğuracaq bir məsələyə toxunub. Onun sözlərindən məlum olur ki, İlham Qasımovun 15 ilini 12 ilə endirən hakimlər bu dəfə onun ev dustaqlığına buraxılmasına söz veriblər: «...Biz 600 nəfərə yaxın zərərçəkmiş və ziyan görmüş sakinlər adından hələ ötən il Baş Prokurorluğa şikayət yazmışdıq ki, bu adam bizim həyatımızı, dincliyimizi zəhərləyib. İlham Qasımovun kiminlə münaqişəsi, kələkləri olmayıb? Hətta ötən il əvvəllər Gülağa Tənha kimi təmiz qəlbli bir adamın könlünü ələ alıb çörək kəsdi, şərikli iş görməyə razı saldı. Yağlı dilinin sayəsində ona 19 milyon dollar pul atdı. Bu da bəs etmədi. İlham Qasımov girişdi başqa bir iş adamı "Northwest İnternational LLC" şirkətinin prezidenti İslam Osmanova. Onu da aldatdı, mənzillərini başqasına satmışdı. Bundan əlavə, bir tanınmış şəxsin Orxan adlı qohumu İnterpolun axtarışındadır və o, İlham Qasımovun oğlu Lətif Qasımovla əlbir olaraq qanunsuz olaraq mənzilləri ələ keçirmiş, başqalarına satmışlar. Bu da bəs etməmişdir, İlham Qasımov Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovla da mübahisə və münaqişədə oldu, bir-birini məhkəməyə verməli oldular. İ.Qasımov Sahib İbrahimova da pul atmışdı. Bir sözlə, İlham Qasımovun məqsəd və məramı iş adamlarını quru yurdda qoymaq, onların əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Atalar demiş, su çanağı suda sınar. O, nəhayət ki, bu dəfə tanınmış iş adamı Gülağa Tənha ilə münaqişədə uduzdu və başqasına qazdığı quyuya özü düşdü. Amma indi də bizə çatan məlumata görə, ona Bakı Apellyasiya Məhkəməsində kömək edərək cəzasını 15 ildən 12 ilə azaltmış hakimlər bu dəfə onun ev dustaqlığına buraxılmasına söz veriblər. Belə ki, qohumlarından əldə etdiyimiz məlumata görə, İlham Qasımov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qospitalında qalır və orada da ürəyi istədiyi kimi həyat tərzi sürür. Zərərçəkmişlərin Ədliyyə Nazirliyinə şikayətindən sonra məcbur olub onu müvəqqəti olaraq 10 saylı cəzaçəkmə müəssisəsinə yerləşdiriblər. Qohumları bunu da danışırlar ki, İlham Qasımovun uzunmüddətli xəstəxana şəraiti ilə ona guya xəstəliyi barədə indidən «delo» açılıb. 10 saylı cəzaçəkmə müəssisəsində bir müddət əsassız olaraq qalandan sonra onu yenidən xəstəliyinin şiddətlənməsi bəhanəsi ilə Penitensiar Xidmətin qospitalına qaytaracaqlar. Burada da bir müddət qaldıqdan sonra məhkəməyə vəsatət verərək onun xəstəliyinin dözülməz olduğunu əsaslandırıb ev dustaqlığına buraxılması barədə qərar əldə edəcəklər. Hətta qohum və yaxınları zərərçəkmişləri sakitləşdirmək üçün şaiyə buraxıblar ki, İlham Qasımov evə buraxılan kimi hamının pullarını qaytaracaq, o cümlədən iş adamı Gülağa Tənhanın da. Biz anlamırıq, vaxtilə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğluna dəbdəbəli ofis düzəltmiş, onunla yaxın əlaqədə olmuş, özünə dayaq kimi istifadə etmiş bir adam indi nə demək istəyir? Niyə onun cəzasını layiq olduğu formada vermirlər? İstərdik ki, bütün bu məsələlər mətbuatda ictimailəşdirilsin ki, bizim kimi İlham Qasımovun əlindən zülmlər görmüş, məmur qapıları gəzmiş digər şikayətçilər də ayıq olsunlar və İlham Qasımovun bu dəfəki arzusunun baş tutmasına imkan verməsinlər. Aldığımız məlumata görə onun apellyasya məhkəməsinə vəsadəti təqdim edilib, Penitensiar Xidmətin qospitalından 2şiddətli xəstəliyi" barədə akt da alaraq təqdim edəcəklər. Artıq diaqnozu da müəyyənləşdirilib». Məsələnin ciddiliyini nəzərə alıb İ.Qasımov tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş məlum vəsadət və digər məsələlərlə bağlı araşdırma aparmaqdayıq. Ətraflı məlumat yaxın vaxtlarda veriləcək. \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|