Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üst manşet, Güney Press > "Mən onlardan pulu necə geri ala bilərəm?"
"Mən onlardan pulu necə geri ala bilərəm?"Dünən, 09:01 |
![]() "Artıq bir aydır "Zamex Kargo" vasitəsilə Almaniyadan 115 manatlıq dərman-vitamin sifariş etmişəm, lakin hələ də gəlib çıxmayıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə Sevinc Vəliağa adlı sosial şəbəkə istifadəçisi gileylənir. Narazı vətəndaş daha sonra bildirir: "Sifariş "whatsapp" üzərindən qeydə alınır və ödəniş də kartdan karta göndərilir. 24 Apreldə xarici anbara çatdığı bildirilib və həmin zaman gömrük bəyannaməsi gerçəkləşib. Bu zaman ərzində şirkət davamlı mənə Bakıya yola düşmüş olması və ya "gömrük yoxlamasındadır" kimi yalan informasiyalar bildirib. Lakin məgər heç Bakıya yola düşməyib. Problemimlə maraqlanan heç bir məsul şəxs yoxdur. Filialda bir bəy var idi, onun da köməyi dəymədi ki o işlərə baxmır. Müştəri xidmətləri də zəngimi açmadığı kimi, "whatsapp" üzərindən məndən ödənişi alan nömrə də nə mesajıma, nə də zəngimə cavab vermir. Paltar və s olsa bəlkə bu qədər üstə düşməzdim, lakin 1 ay insanı yubatmaq və yalan informasiya vermək həkimlə aramda anlaşmazlığa da gətirib çıxardı. Mən onlardan pulu necə geri ala bilərəm? 102-ə şikayət etmişəm, bir qalıb ərizə yazmaq. Səhhətimlə bağlı hələki qalıb. Karqo şirkətlərinin məsuliyyətsizliyi ilə bağlı ciddi maraqlanan qurum varmı?" Geri qayıt |