Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Bu məsələnin sonuna qədər gedəcəm..."
Əsas Səhifə > Üst manşet, Güney Press > "Bu məsələnin sonuna qədər gedəcəm..."

"Bu məsələnin sonuna qədər gedəcəm..."


Bu gün, 09:22
"Bu məsələnin sonuna qədər gedəcəm..."
"Etirazım və şikayətim "KoliPlus MMC"dəndir. Elektron müqavilələrin sətiraralarında istifadəçilərin cibinə necə girməyə çalışırlar.. izah edim sizə..." "DİA-AZ" xəbər verir ki, bu barədə Rauf Osmanov adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra əlavə edir: "Saytlarında tariflər bölməsində məhsulları iki kateqoriyaya aid edirlər. Standart və təhlükəli. Maye məhsulları isə avtomatik təhlükəli məhsul kateqoriyasına aid edir və əlavə pul hesablayırlar. Halbuki maye məhsulların təhlükəli məhsul tarifi ilə hesablanacağı barədə qənaətbəxş bir məlumat verilməyib saytlarında. Yəni mən saytlarında bu məlumata rast gəlmədim.(bugünki tarix 27/02/25) Təbii ki bu məsələnin arxasınca sonuna qədər gedəcəm. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etdim artıq.
Məsələ budur ki, 1kq məhsulun daşınma haqqı üçün 11.79-un üstündən xətt çəkib 7.79 Usd yazmağları da başlı-başına aldadıcı bir metoddur. Nəticədə neçə nəfər bu vizualı görəndən sonra daha da hər detalı incələyər ki, görəsən bu həqiqətən də belədir..
Dediyim kimi maye məhsulu niyə görə avtomatik təhlükəli məhsul kateqoriyasına aid edirlər başa düşmürəm. Nə CAMEX nə də Dynamexdə belə bir şeylə rastlaşmamışam. Məsələ burda 9-10 dollar məsələsi deyil. Məsələ insanları gic yerinə qoymaqlarıdır.
İçərişəhər anbarlarında məsələylə bağlı etirazımı bildirirəm, işçi qulaq asır mənə sözümün ortasında üzünü çevirir çıxır gedir. Çağırmışam çölə normal mədəni tərzdə deyirəm ki, qaqaş bəs söz danışdığım yerdə niyə üzüvü çevirib gedirsən? deyir bilmədim digər müştərilər məni gözləyirdi. beləə... Nə bilim..."

"Bu məsələnin sonuna qədər gedəcəm..."
"Bu məsələnin sonuna qədər gedəcəm..."
"Bu məsələnin sonuna qədər gedəcəm..."

Geri qayıt