Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Reklam, Manşet, Güney Press > “Azercell” abunəçiləri nömrələrindən imtina edir
“Azercell” abunəçiləri nömrələrindən imtina edirBu gün, 09:12 |
![]() “Azercell”in hər ay müştərilərin hesabından 2 manat tutması narazılığa səbəb olub və məhz buna görə bir çox abonent nömrəsini başqa şəbəkələrə daşıyır. Tribunainfo.az xəbər verir ki, bununla bağlı növbəti şikayət videosu yayılıb. “Azercell” abunəçisi olan şəxs bildirib ki, hesabdan 2 manat pulun tutuması özbaşınalıqdır və buna görə bu şəbəkədən imtina edir: “Mənim xəbərim olmadan “Azercell” hesabımdan 2 manat pul tutur. Bunu zəng edərək özlərinə bildirmişəm. Deyirlər ki, sizə 25 dəqiqə danışıq, internet xidməti veririk, ona görə də 2 manat tuturuq. Mən sizdən belə bir xidmət istəməmişəm axı. Deyirlər ki, yox, bu tarifdən çıxa bilməzsiniz. Yəni istəsəm də, istəməsəm də belədir. Belə çıxır ki, “Azercell” nömrəsi işlədiriksə səsimiz çıxdı-çıxmadı 2 manat verməliyik, hə? Əlbəttə, söhbət 2 manatdan getmir. Ancaq bir var ki, bu pul hər hansısa məqsədlə tutula, dövlətə, xalqa xidmət naminə yığıla, onda hamımız xoşluqla ödəyərik. Məbləğin azlığına da baxmarıq. Ancaq sırf “Azercell” abunəçisiyik deyə niyə bizim cibimizə girməlisən ki? Məhz bu özbaşınalığa görə mən öz “Azercell” nömrəmi “Bakcell” şəbəkəsinə daşıyıram. “Azercell”in bu özbaşınalığı ilə bağlı da şikayətimi bildirmişəm. Ancaq təəssüf ki, baxan yoxdur”. Geri qayıt |