Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Reklam, Güney Press > AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulubBu gün, 12:54 |
![]() Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları” (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Ətraf Mühitin Qiymətləndirilməsi Proqramı olan IEnvA-ya qoşulub. "Report" xəbər verir ki, sənəd Bakıda keçirilən Aviasiya Enerji Forumu çərçivəsində imzalanıb. Müqaviləni AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır imzalayıblar. IEnvA proqramı AZAL-a müxtəlif əməliyyat sahələri üzrə ətraf mühitə təsirini daha yaxşı qiymətləndirməyə, ətraf mühit göstəricilərini yaxşılaşdırmağa və bu sahədə daha sistemli yanaşma formalaşdırmağa şərait yaradacaq. ![]() Geri qayıt |