Əsas Səhifə > Reklam, Güney Press > “Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi

“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi

Bu gün, 15:04
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
İnnovasiya və sürət lideri "Bakcell" MMC Sumqayıt şəhərində yeni Müştəri Xidmətləri Mərkəzinin açılışını edib. Yeni mərkəz abunəçilərə daha sürətli, rahat və texnoloji xidmətlər təqdim etməklə, fərqli müştəri təcrübəsi vəd edir.

Sülh küçəsi, 196 ünvanında yerləşən yeni “Bakcell” Müştəri Xidmətləri Mərkəzi ənənəvi xidmətlərlə yanaşı, şirkətin ən son yenilikləri ilə tanış olmaq imkanı yaradır. Mərkəzdə müştərilər həm yüksək texnoloji həllərdən yararlana, həm də süni intellekt dəstəkli xidmətlər haqqında ətraflı məlumat ala bilərlər. Xüsusilə, elektron guşələr və növbəli keçid sistemi müştəri əməliyyatlarının daha keyfiyyətli və sürətli şəkildə həyata keçirilməsini təmin edir.

Vurğulayaq ki, yeni açılmış Müştəri Xidmətləri Mərkəzi "Bakcell"in ölkə üzrə sayca 21-ci xidmət mərkəzidir.

Geri qayıt