
" "Azercell" şirkətinin adı ən iri vergiödəyicilərinin siyahısındadır, amma şirkət hələ 2023-cü ilin hesabatını açıqlamayıb..." "DİA-AZ" bildirir ki, bu iradı səsləndirən tanınmış jurnalist Həbiba Abdulla olduqca maraqlı bir nüansa diqqət çəkib.
H.Abdulla qeyd edir: "Ümumiyyətlə, deyəsən, saytdan hesabatları yığışdırırlar əl altdan.
Həmişə müvafiq sözü axtarışa verəndə illər üzrə hesabatlar çıxırdı, indi çıxmır.
Bəlkə də texniki məsələdir, amma hər bir halda, üzləşdiyim halı qeyd edirəm.
Ünvanladığım sorğuya da cavab verilmir, təkidlə susmağa üstünlük verirlər. Çox maraqlı durum yaranıb.
Sonra da deyirlər, bizim şəffaflığımıza inanın..."