Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                 

'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Tarix: 9-01-2025, 06:40 | Çap et
'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır?
Elə bir ay yoxdur ki, mobil operatorlar heç bir səbəb olmadan qiymətləri qaldırmasınlar. İndi isə "Azercell" daha da irəli gedərək 1 fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər. Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə, 2 AZN xidmət haqqı tətbiq ediləcək və "Azercell2 abunəçinin balansından 2 AZN siləcək.

Bu barədə AFN.az-a ünvanladığı müraciətdə Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov bildirib. Oxucumuz hesab edir ki, "Azercell"in bu qərarı oğurluqdur: "Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı var balansından vəsait silsin? Yaxud abunəçiyə zorla hər hansısa paket versin? Bu, istehlakçı hüquqlarının pozulmasıdır. Bu absurd qayda digər mobil operatorlarda bu ilin fevral və may ayından var, amma onlarda heç olmasa balansdan silinən 2 AZN müqabilində şəbəkədaxili dəqiqələr və internet paketi verilir. "Azercell"də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir".
Şikayətçi bildirir ki, abunəçi balansını kredit vasitəsi ilə və ya "Paycell" vasitəsi ilə artırsa belə, bu, aylıq sərfiyyat limiti kimi hesablanmır: "Yəni abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir. Bundan başqa, əvvələr danışıq kartının istifadə müddəti bitdikdə nömrənin xətti 180 gün yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı balansa vəsait yüklənilməsə nömrə ləğv edilirdi, indi isə bu müddət 90 günə yəni 3 aya endiriləcək. Halbuki bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur, bu, yalnız Azərbaycanda var. Xatırladım ki, "Azercell" bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış bu ay (müraciət redaksiyamıza dekabr ayında daxil olub-red.) isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. Bildiyiniz kimi, elə bir ay yoxdur ki, hər hansısa xidmətin qiyməti bahalaşmasın. "Azercell" isə qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desə də, xidmət səviyyəsi əksinə daha da aşağı düşüb. Belə ki, əvvəllər telefon mərkəzinə edilən şikayətlərə zənglə geridönüş edilirdisə, indi sadəcə şablon şəkildə SMS ilə cavab verilir. Əvvəllər telefon mərkəzində abunəçi həll edilməyən şikayətlər ilə bağlı qrup rəhbəri ilə danışa bilirdisə, indi bu da ləğv edilib, abunəçi şikayətini heç bir yetkiliyə bildirə bilməz".
Oxucumuzun toxunduğu başqa bir məqam isə "Azercell" şirkətinin maliyyə hesabatı ilə bağlıdır. İ.Məmmədkərimov bildirir ki, şirkət 2023-cü ilin maliyyə hesabatını hələ də açıqlamayıb: "Artıq 2024-cü ilin sonudur və şirkət 2024-cü ilin maliyyə hesabatını açıqlamalıdır, amma 1 ildir ki, 2023-cü ilin maliyyə hesabatı açıqlanmır. Bununla bağlı telefon mərkəzinə iyul ayından müraciət etsəm də, həmin vaxt təklifiniz bizim üçün çox önəmlidir, istəyinizin tətbiqi imkanları araşdırılacaq şəkilində şablon şəkildə SMS göndərib götürüb qeydiyyatı bağladılar. Daha bir neçə ay gözləyib noyabr ayında telefon mərkəzinə maliyyə hesabatı ilə bağlı yenidən müraciət etdikdə operatorlar mənə göndərilən şablon şəkildə SMS-i əsas gətirərək sizə artıq cavab verilib dedilər və bununla bağlı baş ofislə əlaqə saxlamalı olduğumu bildirdilər. 26 noyabr tarixində baş ofislə əlaqə saxladım müraciətimi yenidən qeydə aldılar və 1 aydır ki, müraciətimə cavab verilmir. Ümumilikdə isə iyul ayından bəri 5 aydan çoxdur ki, bir nəfər belə əlaqə saxlayıb məlumat vermir. Keçən il də eyni hal baş vermişdi yəni maliyyə hesabatı may ayında açıqlanmışdı.
Maliyyə hesabatını gizlətməyin bir səbəbi var: Bildiyiniz kimi 2018-ci ildən "Azercell" dövlət şirkətidir və "TeliaSonera" 2015-ci ildən Avrasiya regionunu tərk edəcəyini açıqladıqdan sonra "Azercell" 2018-ci ilədək 3 il zərərlə çalışıb. Rabitə Nazirliyi məcbur olub "Azercell"in 51%-lik payını "TeliaSonera"dan 222,5 milyon dollara aldı. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, "Azercell" gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşəcək. Bu yaxınlarda İKT üzrə ekspertlər "Azercell"in özəlləşmə məsələsini gündəmə gətirəndən sonra görünür şirkətdə narahat olublar və maliyyə hesabatını gizlətməyə qərar veriblər".

Bütün qeyd edilənlərlə bağlı "Azercell" şirkətindən açıqlanan mövqedə bildirilir ki, mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq "Azercell" mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir: "Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər. Telekommunikasiya şəbəkəsinin keyfiyyətinin artırılması və şəbəkənin daha da genişləndirilməsi üzrə işlərimiz planlı şəkildə davam etdirilir. "Azercell" olaraq hədəfimiz abunəçilərimizə ən yüksək xidmət və ən son texnologiyaları təqdim etməkdir. Abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər "Azercell" tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri (“KİV”) ilə bu müqavilədə müəyyən edilmiş qaydada abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər. Bildiririk ki, müvafiq dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilib. Dəyişikliyə dair elan 21.12.2024-cü il tarixində "Azərbaycan" qəzetində dərc edilməklə abunəçilər məlumatlandırlmışdır: https://azerbaijan-news.az/az/posts/detail/azercell-abunecilerinin-nezerine-1734726491/347969.
Eyni zamanda, abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər".

Şirkətdən 2023-cü ilin maliyyə hesabatı ilə bağlı oxucunu narahat edən suallara cavab verilməyib.

AFN.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru