`Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Tarix: 23-12-2024, 08:14 | Çap et
"Şikayətim "Azercell" mobil operatorundandır". Bu barədə "DİA-AZ"a müraciət ünvanlayan İlkin Məmməlkərimov deyir. O daha sonra müraciətində qeyd edir: "Bildiyiniz kimi elə bir ay yoxdur ki, mobil operatorlar heç bir səbəb olmadan qiymətləri qaldırmasınlar. İndi isə Azercell daha da irəli gedərək 1 Fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər. Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə 2 AZN xidmət haqqı tətbiq ediləcək və Azercell abunəçinin balansından 2 AZN siləcək bu isə oğurluqdur. Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı varki abunəçinin balansından vəsait silsin daha doğrusu oğurluq etsin və ya abunəçiyə zorla hər hansısa paket versin? Bu istehlakçı hüquqlarının pozulmasıdır. Bu absurd qayda digər mobil operatorlarda bu ilin Fevral və May ayından var onlarda heç olmasa balansdan silinən 2 AZN müqabilində şəbəkədaxili 60 dəqiqə və 1,2 GB internet paketi verilir Azercell-də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir balansdan sadəcə 2 AZN silinir. Özüdə abunəçi balansını kredit vasitəsi ilə və ya Paycell vasitəsi ilə yəni digər nömrədən balansa vəsait yükləsə belə bu aylıq sərfiyyat limiti kimi hesablanılmır yəni abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir. Bundan başqa əvvələr danışıq kartının istifadə müddəti bitdikdə nömrənin xətti 180 gün yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı balansa vəsait yüklənilməsə nömrə ləğv edilirdi indi isə bu müddət 90 günə yəni 3 aya endiriləcək. Halbuki bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur bu yalnız Azərbaycanda var. Xatırladım ki, Azercell bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış bu ay isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. Bildiyiniz kimi elə bir ay yoxdur ki, hər hansısa xidmətin qiyməti bahalaşmasın. Azercell isə qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desədə xidmət səviyyəsi əksinə daha da azalıb. Beləki əvvəllər telefon mərkəzinə edilən şikayətlərə zənglə geridönüş edilirdisə indi isə sadəcə şablon şəkildə SMS ilə cavab verilir. Əvvəllər telefon mərkəzində abunəçi həll edilməyən şikayətlər ilə bağlı qrup rəhbəri ilə danışa bilirdisə indi buda ləğv edilib abunəçi şikayətini heç bir yetkiliyə bildirə bilməz. Bundan başqa Azercell 2023-cü ilin maliyyə hesabatını da hələ də açıqlamayıb. Artıq 8 gün sonra 2024-cü ilin sonudur və şirkət 2024-cü ilin maliyyə hesabatını açıqlamalıdır amma 1 ildir ki, 2023-cü ilin maliyyə hesabatı açıqlanmır. Bununla bağlı telefon mərkəzinə iyul ayından müraciət etsəmdə həmin vaxt: "Təklifiniz bizim üçün çox önəmlidir istəyizin tətbiqi imkanları araşdırılacaq" şəkilində şablon şəkildə SMS göndərib götürüb qeydiyyatı bağladılar. Həmin vaxt call center-dən xanım operator: "Yəqinki, yaxın vaxtlarda maliyyə hesabatı sayta qoyulacaq ona görə qeydiyyatı bağlayıblar" şəkilində cavab verdi. Daha bir neçə ay gözləyib Noyabr ayında telefon mərkəzinə maliyyə hesabatı ilə bağlı yenidən müraciət etdikdə operatorlar mənə göndərilən şablon şəkildə SMS-i əsas gətirərək sizə artıq cavab verilib dedilər və bununla bağlı baş ofislə əlaqə saxlamalı olduğumu bildirdilər. 26 Noyabr tarixində baş ofislə əlaqə saxladım müraciətimi yenidən qeydə aldılar və 1 aydır ki, müraciətimə cavab verilmir. Ümumilikdə isə iyul ayından bəri 5 aydan çoxdur ki, bir nəfər belə əlaqə saxlayıb məlumat vermir. Keçən ildə eyni hal baş vermişdi yəni maliyyə hesabatı May ayında açıqlanmışdır onda ancaq müraciətimə Vəfa adlı xanım zəng edərək: "İlkin bəy narahat olmayın hesablanma gedir yaxın vaxtlarda maliyyə hesabatı sayta qoyulacaq" deyə cavab vermişdilər. Maliyyə hesabatını gizlətməyin bir səbəbi var. Bildiyiniz kimi 2018-ci ildən Azercell dövlət şirkətidir və TeliaSonera 2015-ci ildən Avrasiya regionunu tərk edəcəyini açıqladıqdan sonra Azercell 2018-ci ilədək 3 il zərərlə çalışdı və Rabitə Nazirliyi məcbur olub Azercell-in 51%-lik payını TeliaSonera-dan 222,5 milyon dollara almışdır. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, Azercell gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra Azercell yenidən özəlləşəcək. Bu yaxınlarda İKT üzrə ekspertlər Azercell-in özəlləşmə məsələsini gündəmə gətirəndən sonra görünür Azercell-dən narahat olublar və maliyyə hesabatını gizlətməyə qərar veriblər. Əslində mobil rabitə sahəsində ümumiyyətlə İKT sektorundakı bərbad xidmətin və qiymətlərin durmadan artmasının oğurluq hallarının əsas səbəbi inhisarçılıq və monopoliyadır. Yəni bütün dünyada fəliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS, Beeline və s. şirkətlərin bazara girməsinə imkan verilmir. Dövlət qurumlarıda illərdir mobil operatorların oğurluğunu görməzdən gəlirlər. Yəni dünyanın heç bir ölkəsində mobil operatorlar heç bir səbəb olmadan qiymətləri durmadan bahalaşdıra və absurd qərarlarla abunəçidən oğurluq edə bilməzlər..."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
• "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33 |
|
|
|
|