Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > AVROPA PARLAMENTİNİN SƏDRİ RUS TƏHLÜKƏSİNDƏN DANIŞDI
AVROPA PARLAMENTİNİN SƏDRİ RUS TƏHLÜKƏSİNDƏN DANIŞDI28-11-2013, 10:29 |
Avropa Parlamentinin sədri Martin Şults Gürcüstan və Moldovanı təbrik edərək Ukrayna və Ermənistanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etmələrindən məyus olduğunu bildirib. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, M. Şults deyib ki, “Şərq tərəfdaşlığı” AB və onun şərqdəki qonşularını vətəndaşların rifahı naminə yaxınlaşdıran vacib layihədir. O, Vilnüs sammitini bu prosesdə önəmli addım olduğunu söyləyib: “Mən Moldova və Gürcüstanı AB ilə assosiasiya sazişini paraflamaq barədə qərarları ilə əlaqədar təbrik edirəm. Lakin mən Ukrayna və Ermənistanın sazişi imzalamaqdan imtina etmələrindən dərin məyusluq keçirirəm. Təəssüfləndirici hal odur ki, bu ölkələrin öz seçimlərinə yenidən baxmaları xarici təzyiqlə əlaqədardır. Biz aydın və ucadan bəyan etməliyik ki, Rusiyanın bizim qonşularımıza qarşı iqtisadi və siyasi təzyiqləri qəbuledilməzdir”. AP rəhbəri sonda vurğulayıb ki, assosiasiya sazişi imzalamaq üçün AB-nin qapıları açıqdır və Avropa Birliyi xalqların Avropa ümidinə heç vaxt əngəl olmayacaq. Geri qayıt |