Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > RUSLAR SOYDAŞLARIMIZI RƏSMƏN TALAN EDİRLƏR
RUSLAR SOYDAŞLARIMIZI RƏSMƏN TALAN EDİRLƏR1-11-2013, 11:10 |
Rusiyanın Sankt-Peterburq şəhərində OMON qüvvələri azərbaycanlıların da çalışdığı və Sofiyskaya küçəsində yerləşən “NART” meyvə-tərəvəz bazasına basqın edib. Bazada çalışan həmvətənlərimizin Lent.az-a verdiyi məlumata görə, basqında OMON-la yanaşı digər hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edib. Basqın zamanı bazadakı bəzi anbarların ofisləri dağıdılıb, xeyli sənəd və seyflərdəki pul götürülüb. Onlarla qafqazlı və orta asiyalı işçi saxlanılıb. Həmvətənlərimiz bildirirlər ki, hüquq-mühafizə orqanları əməkdaşları basqını bazanın 80 milyon rubl dəyərində əlavə dəyər vergisindən yayınması ilə izah ediblər. Dağıdılan ofislərin əksəriyyəti də məhz azərbaycanlılara məxsus olub. Geri qayıt |