Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Hadisə > GÜLƏR ƏHMƏDOVANIN MƏHKƏMƏSİ BAŞLAYIR
GÜLƏR ƏHMƏDOVANIN MƏHKƏMƏSİ BAŞLAYIR28-08-2013, 10:57 |
Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. G. Əhmədovanın vəkili Raqif Mustafayevin APA-ya verdiyi məlumata görə, ibtidai istintaqın yekunlaşması tərəflərə elan olunub: “Hazırda Gülər Əhmədova cinayət işinin materialları ilə tanış olur. Ondan sonra vəkillər də cinayət işinin materialları ilə tanış olacaq” . Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir. Geri qayıt |