Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > ZƏVVARLARA BASQIN OLUB
Əsas Səhifə > Dünya > ZƏVVARLARA BASQIN OLUB

ZƏVVARLARA BASQIN OLUB


21-09-2011, 16:20
ZƏVVARLARA BASQIN OLUB

PAKİSTANDA 26 ŞİƏ ZƏVVAR QƏTLƏ YETİRİLDİ

Pakistanda İrana yollanan şiə zəvvarlardan ibarət qrupa silahlı basqın olub, 26 nəfər ölüb.

Zəvvarların avtobusunu ölkənin cənub-qərbində yerləşən Belujistan əyalətində naməlum şəxslər atəşə tutublar. Hadisəyə görə məsuliyyəti sünni ekstremist qrup kimi tanınan Lashkar-e-Jhangvi öz üzərinə götürüb. Bu qrup bundan əvvəl də şiyələrə qarşı, o cümlədən rəhbərlikdə təmsil olunan məmurlara və təhlükəsizlik xidmətinin əməkdaşlarına qarşı hücumlar edib.

Pakistanda müsəlmanların böyük əksəriyyəti sünni məshəbindəndir, cəmi 15 faiz şiyədir.

Geri qayıt