Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Burda bir ildir işçilərin pulları verilmir...
Əsas Səhifə > Manşet, Hadisə > Burda bir ildir işçilərin pulları verilmir...

Burda bir ildir işçilərin pulları verilmir...


3-05-2025, 10:38
Burda bir ildir işçilərin pulları verilmir...
Ölkədə bir çox iri layihələrin müəllifi olan “AAAF Park” şirkətinin rəhbərliyi işçiləri işlətsələr də, onların pulunu ödəmirlər.

Tribunainfo.az xəbər verir ki, sosial şəbəkələrdə bu barədə məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, halal zəhmətlərinin haqqını ala bilməyənlər Xocalı şəhərinin sakinləridir. Onlar AAAF Parkın həyata keçirdiyi tikinti layihələrindən birində fəhlə olaraq çalışıblar.
Əslən Xocalıdan olan, blogger Səfər Cavadov bununla əlaqədar şirkətin rəhbəri Tofiq Heydərova müraciət edib. O bildirib ki, işçilərin maaşları verilməlidir. “Sizin həmkarınız Şərurlu İsfəndiyar iki Qarabağ qazisinə ev hədiyyə edib. Siz isə Xocalı rayonundan məcburi köçkün olan bir neçə şəxsi öz abyektinizdə işlədib, pulunu vermədiniz. Məncə çox ayıb bir durumdur”.
O deyib ki, bir ildir işçilər pullarını ala bilmirlər. “Sizin milyonluq layihəniz var, yüzlərlə bina tikirsiz. Bildiyim qədər bütün ziyarətlər də olmusuz, həci adamsız. İslamın qaydalarını bilməmiş deyilsiz. Bilirsiz ki, qul haqqı yemək İslamda ən böyük günahdır”.

Geri qayıt