Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Gündəm > Pulu ödəsənsə... deyirlər ki BORCLUSAN...
Pulu ödəsənsə... deyirlər ki BORCLUSAN...3-05-2025, 08:28 |
![]() İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş «Azərsu») Xətai rayon Su-Kanal İdarəsində qəribə hadisələr baş verir. Belə ki, bu günlərdə vətəndaşa istifadə edilmiş suya və çirkab sularına görə borc qəbzi gəlib ki, «Sizin 23 aprel 2005-ci il tarixə 30 manat borcunuz vardır, təcili ödəyin!»». Qəbzdə həm də yazılıb ki, vətəndaş A.Məmmədov sonuncu dəfə ödənişi 01 dekabr 2024-cü ildə edib. Vətəndaş «Təzadlar»a şikayətində yazır: «Mən şübhələndim, çünki hər ayın sonunda sistemə daxil olaraq kommunal borclarımı nəzərdən keçirirəm və borclar varsa, «BirKart» vasitəsilə ödəyirəm. Dərhal bank kartımın tarixçəsinə baxdım, məlum oldu ki, Xətai rayon Su Kanal İdarəsinin qəbzində son ödəmənin 1 dekabr 2024-cü il tarixində olduğu da daxil, sonrakı tarixlərdə 5 dəfə ödəmələrim olmuşdur. Düz 22 manat. Lakin bu vəsaitlər idarənin elektron sistemində «yoxa çıxmış»dır…». Şikayətçi ödədiyi 22 manatın qəbzlərinin bank çıxarışlarını da redaksiyamıza təqdim edib. Aşağıda təqdim edirik. İnanırıq ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş «Azərsu») Xətai rayon Su-Kanal İdarəsində məsələ araşdırılacaq və texniki nöqsan aradan qaldırılacaq. ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |