Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Pirallahıda məktəb direktoru ÖZBAŞINA QALIB...
Əsas Səhifə > Manşet, Sosial > Pirallahıda məktəb direktoru ÖZBAŞINA QALIB...

Pirallahıda məktəb direktoru ÖZBAŞINA QALIB...


23-04-2025, 09:23
Pirallahıda məktəb direktoru ÖZBAŞINA QALIB...
Pirallahı rayonu 235 nömrəli tam orta məktəbdə qərəzlilik halları artıb.
Məktəbdə nizam-intizamsızlıq baş alıb gedir. Direktor Seymur Yusibov öz şəxsi istəyinə əsasən şagirdlərə qiymət yazdırır. Müəllim vəzifə səlahiyyətindən istifadə edərək digər müəllimləri də öz istəyini etməyə məcbur edir. Belə ki, bir müəllim qızının bütün qiymətlərini yüksək yazmaq, qaib yazmamaq tapşırsa da, müəllimlərdən biri qorxub bunun qanunsuz olduğunu, yoxlama gələrsə problem olacağını bildirib. Həmin qız isə öz xoşagəlməz rəftarı, təkəbbürlülüyü ilə müəllimi ona baş əydirəcəyini bildirib. Belə ki, müəllimin jurnalını direktor götürüb yazdığı qiymətləri, qaibləri silib. Özü bütün qiymətlərini düzəldib. Bu hal qarşısında müəllim özünü çox bərbat, alçalmış hiss edib. Məsələ o həddə gəlib çatıb ki, həmin müəllim intihar həddinə çatıb.

Belə direktorların təhsilimizdə olması utancvericidir. Vəzifə səlahiyyətindən istifadə etməsi, ayrı-seçkilik etməsi, sənədlərdə saxtalaşma etməsi qəbulolunmazdır. Təhsilimiz belə insanlar ucbatından bərbat hala düşməyə davam edir.

/tehsilmedia.az

Geri qayıt