Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Naxçıvanda Ali Məhkəmənin sədri QOÇULUQ EDİR...
Əsas Səhifə > Manşet, Siyasət > Naxçıvanda Ali Məhkəmənin sədri QOÇULUQ EDİR...

Naxçıvanda Ali Məhkəmənin sədri QOÇULUQ EDİR...


19-03-2025, 08:34
Naxçıvanda Ali Məhkəmənin sədri QOÇULUQ EDİR...
Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bektaşi digər hakimlərlə birlikdə yerli sakin Kərim Seyidzadəni qarşılaşdığı ədalətsizliyi ictimailəşdirdiyinə görə hədələyib. Bu barədə „Gündəlik Naxçıvan“a Seyidzadənin yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, polislər onu evindən çıxararaq birbaşa məhkəməyə, hakimlərin hüzuruna aparıblar.
Orada Kərim Seyidzadə Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bektaşi, şəhər məhkəməsinin hakimləri Qabil Məmmədov və Gülnar Səfərovanın olduğu bir otağa salınıb.

Naxçıvanda Ali Məhkəmənin sədri QOÇULUQ EDİR...

“Kərimi içəri salan kimi ona hədə-qorxu gəliblər ki, niyə „Gündəlik Naxçıvan“a şikayət edib. Ona qəti şəkildə tapşırılıb ki, bu mətbuatla əlaqəni kəssin. Əks halda, onun üçün yaxşı olmayacağı bildirilib. Kərim başına gələn haqsızlıqları ictimailəşdirib. Burda hansı qəbahət ola bilər? Haqsızlıq etməsinlər ki, o da danışmasın. Görün azad sözdən necə qorxurlar ki, məsələyə Ali Məhkəmənin sədri qarışıb“
Kərim Seyidzadə Naxçıvan şəhər Məhkəməsində sirkə içərək intihara cəhd edib və hazırda müalicə alır. O, "Gündəlik Naxçıvan"a bildirmişdi ki, hakim Qabil Məmmədovu rüşvətxorluqda ittiham etdiyi üçün ona qarşı cinayət işi açılıb və bu haqsızlığa etiraz olaraq sirkə içib. Seyidzadənin sözlərinə görə, hadisədən sonra məhkəmə işçiləri ona yardım etmək əvəzinə binadan qovublar, daha sonra isə polis tərəfindən hədə-qorxuya məruz qalıb. Xəstəxanada vəziyyəti yüngülləşdirmək üçün saxta diaqnoz qoyulub və sonradan ona icbari iş cəzası verilib. O, aidiyyəti qurumlardan ədalət tələb edir.

Geri qayıt