Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Ağır xəstəyəm, pensiyama da GÖZ DİKDİNİZ, necə dolanım?"
Əsas Səhifə > Manşet, Hadisə > "Ağır xəstəyəm, pensiyama da GÖZ DİKDİNİZ, necə dolanım?"

"Ağır xəstəyəm, pensiyama da GÖZ DİKDİNİZ, necə dolanım?"


17-03-2025, 09:21
"Ağır xəstəyəm, pensiyama da GÖZ DİKDİNİZ, necə dolanım?"
Bərdə rayon sakini, İlyas Səfərov deyir ki, 6 ildir onkoloji xəstəlikdən əziyyət çəkir, 4 dəfə ağır əməlliyyat olunub və əmək qabiliyyətini itirdiyi üçün ona 2-ci qrup əllilik təyin olunub.

"DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, 2025-ci ilin yanvar ayında müayinədən keçərək, yenidən əliliyinin təsdiq olunması üçün müraciət edib. Lakin bu günə qədər onun sənədləri təsdiq olunmur...

Elə bu səbəbə görə də aldığı 220 manat müavinəti dayandırılıb.

Səfərov bildirir ki xəstəliyinə görə daimi bahalı dərman preparatları qəbul etməlidir və bu dərmanları almaq üçün maddi imkanları çox məhduddur. Çətin vəziyyətdə olduğunu deyən İlyas Səfərov aidiyyəti qurumlara müraciət edərək əliliyinin bərpa olunması üçün ona kömək etmələrini xahiş edir.

Geri qayıt