Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Ölkə > "Mən hakimə haqlı olaraq rüşvətxor demişəm..."
"Mən hakimə haqlı olaraq rüşvətxor demişəm..."10-03-2025, 10:14 |
![]() Naxçıvan şəhər Məhkəməsində sirkə içərək inhitara cəhd edən Kərim Seyidzadə hazırda xəstəxanada müalicə alır. Onun sözlərinə görə, sirkə içdikdən sonra məhkəmə işçiləri ona kömək etmək əvəzinə, binadan qovublar. Çölə çıxan kimi huşunu itirib, yoldan keçənlərin yardımı ilə xəstəxanaya çatdırılıb. Şikayətçi „Gündəlik Naxçıvan“a bildirir ki, hakm Qabil Quliyevə rüşvətxor dediyinə görə, bir müddət öncə ona cinayət işi açılıb. Elə, sirkəni də buna etiraz olaraq içib: "Mən hakimə haqlı olaraq rüşvətxor demişəm. Səbəbi isə iki il əvvələ gedib çıxır. Ataxan Məmmədov adlı şəxs məni aldadıb, pulumu əlimdən almışdı. Buna görə Naxçıvan şəhər Məhkəməsinə müraciət etdim. Bütün sübutlara baxmayaraq, hakmi Qabil Quliyev mənim ziyanıma qərar çıxardı. Ali Məhkəməyə şikayət etdim, amma qərar qüvvədə qaldı. Sonradan öyrəndim ki, hakim təqsirkardan rüşvət alıb bu qərarı çıxarıb. Mən də TikTok hesabımda bunu ictimailəşdirdim. Bunun ardınca haqqımda cinayət işi açıldı. Guya rüşvətxor deməklə hakimə şər atmışam. Ötən ilin sentyabrında məhkəməm oldu. Yenə haqsızlıq gördüm, əsəbiləşib məhkəmə zalında sirkə içdim. Heç kim əlimdən almadı, axıra qədər içdim. Mənə yardım etmək əvəzinə, dərhal çölə atdılar. Huşumu itirdim, yoldan keçənlər təcili yardım çağırdı, məni Yoluxucu Xəstəliklər Dispanserinə çatdırdılar." Onun sözlərinə görə, məsələni ört-basdır etmək üçün xəstəxanada ona yüngül diaqnoz qoyulub: "Qan qusduğumu görsələr də, saxta sənəd yazdılar ki, guya sirkə təkcə dodağımı yandırıb. Sonra müalicəni dayandırdılar. Daha sonra isə məhkəmə hakimə rüşvətxor dediyim üçün haqqımda icbari iş qərarı çıxardı. İndi ağır daxili yanıqlarla hər gün məcburi 4 saat işləməyə göndərirlər. Mədəm, qida borum yanıqdı, mənə işləmək olmaz. Dünən (martın 7-si) işdə yenidən huşumu itirdim, təcili xəstəxanaya apardılar. Müalicəm davam edir, amma hələ də xəstəliyə səbəb olan sirkə məsələsini danırlar." Kərim Seyidzadə aidiyyəti qurumlara müraciət edərək haqqının bərpa olunmasını tələb edir. Geri qayıt |