Əsas Səhifə > Manşet, Siyasət > 6 aydır buralar başçısız qalıb... AMMA...
6 aydır buralar başçısız qalıb... AMMA...Bu gün, 09:06 |
![]() Bakı şəhərinin ən böyük rayonlarından biri olan Nəsimi rayonu artıq altı aydır ki, icra başçısız qalıb. Bizimxeber.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin deputatı olan sabiq icra başçısı Asif Əsgərov, 23 sentyabr 2024-cü ildə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Lakin o zamandan bəri rayon rəhbərliyi postu boş qalıb. Rayonun icra başçısının müavinləri öz işlərini davam etdirirlər, lakin rəhbər olaraq qərar qəbul etmək səlahiyyətləri yoxdur. Bu vəziyyət, rayon ərazisində başlanmış təmir-tikinti layihələrindən tutmuş, digər tədbirlərin keçirilməsini də yəqin ki, ləngidir, problemlər yaradır. Maraqlıdır ki, bu müddət ərzində icra başçısının təyinatı hələ də baş verməyib. Məlumatlara görə, köhnə rayon rəhbəri Asif Əsgərov, özünə yaxın bir şəxsin bu posta gətirilməsini istəyir. Hətta müavinlərdən birinin təyinatını təklif edir. Lakin, bu təyinat hələlik həyata keçmir və rayon rəhbəri postu boşluğunun aradan qaldırılması üçün hansı səbəblərin dayandığı məlum deyil. Nəsimi rayonunda icra başçısı təyinatı ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilmir. Geri qayıt |