Əsas Səhifə > Manşet, Cəmiyyət > Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir...

Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir...


Bu gün, 11:26
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir...
"Bilirik dərəbəylikdir, bilirik necə deyərlər heç kim heç kimin kitabın oxumur, məlumdur nəzarət sıfırın altındadır... Amma daha bu qədər də olmaz axı... Şəkildə gördüyünüz "SİTİKALS" adlı dərmanın keyfiyyətindən danışmıram, bunu İngiltərə büdcəsi üçün işləyən, dərman monopolisti Cavanşir müəllimdən (deputat Cavanşir Feyziyev nəzərdə tutulur -red.) soruşmaq lazımdır". "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında tanınmış jurnalist Rövşən Kəbirli qeyd edib.

Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir...

O daha sonra bildirir: "Söhbət dərmanın fərqli apteklərdə fərqli qiymətə satılmasıdır. Bilmirəm, bu dərmanın satış qiyməti də HƏRŞEYŞÜNAS nazirimiz tərəfindən tənzimlənib, yoxsa yox... Tənzimlənibsə niyə kommunal xərclərin artım qiymətləri konkret göstərildiyi halda, bəzi ərzaq və dərman vasitələrinin satışında bu konkretlik yoxdur.
Belə ki, sözügedən dərman "İnşaatçılar" metrosuna yaxın yerdə yerləşən "FATİMƏ" aptekində 62 manata, onun 900 metrliyində - "20 Yanvar" metrostansiyasının üstündə fəaliyyət göstərən "Ekonom" aptekdə 55 manata satılır.
Sayın nazir, hesab elə ki, hələ intellektual oyunun oyunçulardan birisən və " Kim, Nə, Harda"nın kapitanı bu suala sənin cavab verməyini istəyir. Necə cavab verərdin, hə?"


Geri qayıt