Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Gündəm > Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB?
Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB?Dünən, 08:42 |
Keçən günlərdə "DİA-AZ" olaraq, ərəb ovçuların bir müddət əvvəl bütün günü Şəmkir rayonu ərazisində bəzgək ("Qırmızı kitab növü") ovu ilə məşğul olması barədə xəbərləri diqqətinizə çatdırdıq. YAZISI BURADA: Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.." Amma maləsəf, bu xəbərimiz aidiyyatı qurumlar tərəfindənm gərəkincə dəyərləndirilmədi və yenə də ərəb ovçular "puluna minnət" deyib istədiklərini etdilər. Bu dəfə isə diqqətinizi başqa bir fakta çəkmək istəyirik... "DİA-AZ" xəbər verir ki, ölkəmizə gizlin, hansısa vəzifəli şəxslərin dəvəti və dəstəyi ilə bəzgək ovuna gələn ərəb qrupları olduğu kimi bu qeyri-qanuni ovu turizm məhsulu kimi satmağa çalışan onlarla tur şirkəti və yerli bələdçilər var. Məsələn instagramda 26 mindən çox izləyicisi olan @azerbaijan_lux_travel (Baku Lux Travel) heç çəkinmədən bəzgək görüntüləri ilə ölkəmizə ərəb ovçular dəvət etməyə çalışır. Aidiyyatı qurumlar ölkəmizə gələn istənilən qanunsuz ərəb ovçulara qarşı mübarizə aparmaqla yanaşı bu cür tur şirkətləri barəsində də qanuna uyğun tədbir görməlidirlər! Məsələ diqqətimizdədir... Bizi izləməyə davam edin... Geri qayıt |