Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Cəmiyyət > Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ...
Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ...Bu gün, 12:01 |
Neçə müddətidir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasovun həm səhhətindəki problemlər, həm də sosial durumu ictimai müzakirəyə çıxarılsa da, nədənsə bu məsələdən daha çox qayğılanmalı, narahat olmalı olan əlaqədar simalar hansısa tədbirə əl atmağa maraq belə göstərmirlər. Əvəzində öz həyatlarına - əvvəlki YEYİNTİ ab-havasına davam edirlər. "DİA-AZ" olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Ramiz Mehdiyev ənənələrinin günü bu gün də yaşadığını, müxtəlif bəhanələrlə pulsilmə mahiyyətli tədbirlərə xərclənən astronomik məbləğlərin fonunda AMEA çalışanlarının (təbii ki, bu ifadələr çirkaba bulaşmışlara aid deyil -red.) durumunun daha da gərginləşdiyin xüsusi şəkildə vurğulamışıq və davamlı olaraq bu mövzunu diqqətdə saxlayırıq. Amma faydası nədir?.. Yenə də AMEA-nın qocaman aKOMEDİK heyəti büdcə pullarını istədikləri kimi xırıd edirlər. Elə aşağıda təqdim edəcəyimiz fakt da əslində bu aKOMEDİK ÇAX-ÇUXUN bir nümunəsidir... Verilən xəbərlərə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. "DİA-AZ" xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub. “Alov-Mühafizə” MMC 2025-ci il ərzində (12 ay) Akademiya şəhərciyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA “Alov-Mühafizə” MMC-yə 472 min 497 manat 49 qəpik ödəyəcək. Qeyd edək ki, Akademiya şəhərciyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsinə ümumilkdə 42 nəfər cəlb olunacaq ki, onlardan 36-sı mühafizəçi, digərləri isə rəislər və paturullar olacaq. Açıqlanan məlumatlardan da göründüyü kimi, hər bir mühafizəçiyə düşəcək orta aylıq məbləğ 937,5 manat olacaq. Onu da qeyd edək ki, AMEA “Alov-Mühafizə” MMC ilə daha 2 müqavilə imzalayıb. Bunlardan biri Radiasiya Problemləri İnstitutunun, digəri isə Dendrologiya İnstitutunun mühafizəsi ilə bağlıdır. “Alov-Mühafizə” AMEA Radiasiya Problemləri İnstitutunun mühafizəsini 18 nəfərlə təşkil edəcək və qarşılığında 144 min 7 manat 20 qəpik (bir nəfər 666,7 manat) alacaq. Dendrologiya İnstitutunun mühafizəsiylə üçün isə 7 nəfər cəlb olunacaq və 81 min 504 manat 96 qəpik (bir nəfər 970,3 manat) alınacaq. AMEA-nın əvvəlki illərdə keçirdiyi analoji tenderlərdə də “Alov-Mühafizə” MMC qalib olub. Ötən il AMEA Dendrologiya İnstitutunun mühafizəsini təşkil etmək üçün “Alov-Mühafizə”yə builkindən az – 49 min 860 manat ödəyib. Məlumat üçün bildirək ki “Alov-Mühafizə” MMC 21 aprel 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur. Mətbuatda yayılan sənədlərdən məlum olur ki, “Alov-Mühafizə” MMC-nin baş idarə rəisi Qasımov Etibar Ağahüseyn oğlu olub. Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən “Riyad Mühafizə Xidməti” və “Vətən-N Mühafizə Xidməti” MMC-lərin qanuni təmsilçisi olub. Yuxarıdakı faktlardan və rəqəmlərdən də aydın olur ki, AMEA-nın aKOMEDİK rəhbərliyi üçün alimin bir mühafizəçi qədərində qiyməti yox imiş... Geri qayıt |