Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..."
Əsas Səhifə > Manşet, Siyasət > "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..."

"“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..."


Bu gün, 08:48
"“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..."
“COP29-a görə gələn xarici qonaqları Yevlaxa gətirib zibillik poliqonunu göstərmək lazım idi. Bütün dünya görəydi ki, Azərbaycanda iqlim necə qorunur”. Yevlax rayonu ərazisindəki zibil poliqonu sakinləri narahat edir. "DİA-AZ" xəbər verir ki, onların dediyinə görə, uzun illər ərzində ərazidə yığılan məişət tullantılarının səmərəli şəkildə utilizasiyası mümkün olmaması səbəbindən əsasən yaxınlıqdakı kəndlərin ekoloji vəziyyətinə, ümumilikdə ətraf mühitə təhlükə yaranıb.

Zibil poliqonu inzibati ərazi kimi Yevlaxa aid olsa da, Ağdaşın Qəribli kəndinin bir addımlığındadır.

“Yüngül meh zibilliyin üfunətini, güclü küləksə zibilin özünü kəndimizə gətirir. İllərdir ki, aidiyyəti üzrə qurumlara etdiyimiz müraciətlər də cavabsız qalıb”, – bunu zibilliklə aralarında cəmi 3-4 kilometr məsafə olan Ağdaşın Qəribli kənd sakini Məlahət Səfərova deyir.

Onun sözlərinə görə, üst-üstə toplanan məişət tullantılarından əmələ gəlmiş poliqon Qəribli kəndinin sakinləri üçün xəstəlik mənbəyinə çevrilib:

“Yevlaxla Ağdaş arasındakı bu poliqon 15-20 il olar ki, mövcuddur. O vaxt Yevlaxın icra hakimiyyəti başçısının təşəbbüsü ilə yaradılıb. Bizim kənd Yevlaxla sərhəd kənd olduğuna görə poliqonla aramızda 3-4 kilometr məsafə var. Biz az yüngül meh əsəndə zibilliyin üfunəti kəndimizi bürüyür. Məsələ təkcə üfunəti hiss etməyimiz deyil, yayboyu milçəklər, ağcaqanadlar xəstəlikləri evimizə daşıyır. Harasa gedəndə zibilliyin yanından keçib gedirik. Zibillər yandırılanda evdə, həyətdə tüstüdən boğuluruq”.

Başqa bir sakin Eldar Məmmədov deyir ki, poliqona hər gün zibil maşınlarıyla Yevlax rayonunun əsasən mərkəzi ərazisindəki zibillər daşınır və vaxtaşırı yandırılır:

“İri, xırda sənaye müəssisələrinin tullantılları, heyvan kəsimi müəssisələrinin tullantıları – hamısı bura daşınır. Yevlax Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə idarəsi vaxtaşırı zibilləri yandırır. Bura infeksion xəstəlik mənbəyidir, onsuz da insanların immuniteti zəifdir, bir tərəfdən də bu natəmizlik bizə qənim kəsilib”.

Sakinlərin istədiyi odur ki, ya zibil poliqonu ləğv edilsin, ya da ərazidə məişət tullantılarının emalı müəssisəsi yaradılsın.

Geri qayıt