Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Cəmiyyət > Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR!
Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR!Bu gün, 11:33 |
Naxçıvan Dövlət Universitetində qiyabi təhsil başlasa da, tələbə olan yüksək vəzifəli məmurlar dərslərdə iştirak etmirlər. Bu sıraya hüquq fakültəsi tələbələri olan Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli, Həmkarlar İttifaqı Şurasının sədri Qəzənfər Abdullayev və digər yüksək vəzifəlilər daxildir. Bu barədə “Gündəlik Naxçıvan”a universitetdə çalışan bir qrup müəllim məlumat verib. Müəllimlərin sözlərinə görə, universitet rəhbərliyinin göstərişi ilə bu məmurlara qayıb yazmaq qadağan olunub və onlara ən yüksək qiymətlərin verilməsi tapşırılıb. Təhlükəsizlik səbəbindən adını açıqlamayan bir müəllim bildirib ki, bu göstəriş onları çətin vəziyyətdə qoyur: “Bu məmurların vəzifələri hüquq təhsili tələb edir, buna görə də qiyabi təhsili seçirlər. Lakin dərslərdə iştirak etməyə nə həvəsləri, nə də maraqları var. Özlərinə sığışdırmırlar ki, adi tələbələrlə birlikdə dərs keçsinlər. Buna görə də universitet rəhbərliyinə təzyiq göstərərək dərsə gəlmədən yüksək qiymət almağa nail olurlar. Nəticədə heç bir bilik əldə etmədən məzun olurlar. Bu, saxta təhsilin bir nümunəsidir. Belə şəxslərə verilən diplomlar yalnız formal xarakter daşıyır. Biz etiraz etsək, dərhal deyirlər ki, 'istəmirsən, ərizəni yaz, işdən çıx.'” Eyni qrupda təhsil alan tələbələr isə, bərabərlik hüquqlarının pozulmasından narazıdırlar: “Biz dərsə 5 dəqiqə geciksək, qayıb yazırlar, sonra deyirlər ki, kəsilmisiniz. Amma bu məmurlar dərsə ümumiyyətlə gəlmir, yüksək qiymət alırlar. Müəllimlər isə bəhanə gətirir ki, onların işləri çoxdur, dövlət idarə edirlər. Əgər təhsil almaq istəyirlərsə, ya təhsil məzuniyyəti götürsünlər, ya da vəzifədən istefa versinlər.” Tələbələr bu cür yanaşmanı həm təhsil sisteminə, həm də cəmiyyətin ədalət prinsiplərinə ciddi zərbə vurduğunu hesab edirlər. Geri qayıt |