Əsas Səhifə > Manşet, Gündəm > "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..."

"Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..."


Bu gün, 10:29
"Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..."
Keçən günlərdə məlumat verərək bildirdik ki, Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 saylı orta məktəb üç il əvvəl təmir adı ilə bağlanıb və bu günə qədər istifadəyə verilməyib. Bu müddət ərzində məktəbin 600-dən çox şagirdi təhsillərini xeyli uzaqda yerləşən 1 saylı məktəbdə davam etdirməyə məcbur qalıblar. Uzaq məsafə, pis hava şəraiti və təhlükəsizlik problemləri isə həm valideynləri, həm də şagirdləri ciddi narahat edir.

"DİA-AZ xəbər verir ki, bununla bağlı etirazını bildirən Nehrəm qəsəbə sakini Musa Musayev bildirir:

"2022-ci il fevral ayından etibarən yəni, 3 ildir ki, orta məktəb binası şagirdlərin üzünə bağlıdır. Hər hansı şagirdin başına gələcək hadisəyə birbaşa Naxçıvan MR Təhsil Nazirliyi və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsuliyyət daşıyacaq. Çünki, övladlarımız, körpə balalarımız digər məktəbə gedib-gəlmək üçün uzun, eləcədə təhlükə dolu yolu qət edir. Küçə itləri, qışın sərt soyuğu, nəqliyyat vasitələrinin yol boyunca təhlükəli sürüşü təhlükə mənbəyidir. Övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam. Əgər övladımı küçə itləri parçalasaydı, cavabdeh kim olacaqdı? Yalnız belə bədbəxt hadisələrdən sonramı, bir tədbirin görülməsinə başlanılacaq? Ona görə də qəsəbə sakini olaraq tələbimiz məktəb binasından tezliklə "zəng" səsinin eşidilməsi, şagird və müəllim heyətinin istifadəsinə verilməsidir".

Geri qayıt