Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Siyasət > "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..."
"İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..."Bu gün, 08:41 |
"Dünən rəsmi "Azərbaycan" qəzetində "Neft Daşlarını gərək gözlərinlə görəsən.." başlıqlı bir məqalə yer almışdı. Qeyd edək ki, məqalədə çox ustalıqla 73 yaşı tamam olan bu dəniz şəhərinin dünyanı heyrətləndirməkdə davam etməsi - Neft Daşlarının gözəllikləri xüsusi istedadla vəsf olunmuşdu. Amma ənənəvi olaraq problemlərdən və əslində reallıqdan bir kəlmə də bəhs olunmamışdı..." Bu sözləri "DİA-AZ"a yazan oxucularımızdan biri deyir ki, nədənsə rəsmi simalar kimi rəsmi mətbuat da problemlərə diqqət ayırmır: "Halbuki problemlər həll olunmazsa, üzt-üstə yığıışıb qalarsa, durum daha da pisləşər. Amma rəsmi qəzetlər sanki problemləri ört-basdır etmək üçündür. Yaxşı ki Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) var və əslində dövlətimizə ən çox xidmət edən bu təşkilat olmasaydı, indi əmək şəraiti günü-gündən çətinləşən neftçilərin həyatı da risq altına daha çox düşmüş olardı. Məhz neqativlər rəsmilər tərəfindən ört-basdır edildiyindən hansısa qəza zamanı işçi ölümlərinin sayı da çox olur. Halbuki qabaqlayıcı tədbirlər görülərsə, bütün bunlar baş verməz və yaxud da az itki ilə müşaiyət olunar". Yeri gəlmişkən qeyd edək ki, elə redaksiyamıza daxil olan müraciətdə barəsində danışılan NHMT növbəti həyəcan təbilini çalıb. Qurumun rəhbəri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı açıqlamasında rəhbər şəxslərə xitabında "Bu problem nə vaxt həllini tapacaq?" sual edərək aşağıdakıları əlavə edib: "SOCAR "Azneft" İstehsalat Birliyi Neft Daşlarının 1, 2, 4 və 5-ci mədən işçiləri yazırlar ki, normal hava şəraiti olsa da, iki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar. Səbəbi izah olunmur..." Hər halda bu fakta aidiyyatı qurumların nəzər salması vacibdir... Geri qayıt |