Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR...
Əsas Səhifə > Manşet, Güney Press > Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR...

Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR...


Dünən, 15:44
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR...
"Qeydiyyata alınmadığıma görə, parlament seçkilərində Ağdamdan iştirakım mümkün olmasa da, bölgə sakinləri bu gün də problemlərini mənimlə bölüşməkdə davam edirlər..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış siyasi ekspert, Ağdamdan keçmiş deputatlığa namizəd Elxan Şahinoğlu qeyd edib.
Ekspert daha sonra əlavə edib: "Ən ciddi problem Ağdam rayonunun Sarıcalı və Şükürağalı kəndində torpaq bölgüsünün aparılmamasıdır. Təxminən 3 min əhalisi və 500 yaşayış evi olan bu kəndlər keçmiş cəbhə xəttinin təmas bölgəsində yerləşib. İşğal dövründə ərazilərin bir hissəsi minalanıb. Allaha şükür, torpaqlarımızın tamamını azad etmişik. Kənd sakinlərinin əsas dolanışığı təssərrüfatla əlaqəlidir. Ancaq bu kəndlərdə bəlli səbəblərdən torpaq islahatı aparılmayıb. Kəndlərin təxminən 500 hektar torpaq sahəsi neytral əraziyə düşüb. Müharibə 4 ildir bitib, Qarabağın tamamında quruculuq işlər gedir, Ağdam şəhəri sıfırdan tikilir. Bu arada, Sarıcalı və Şükürağalı kənd sakinlərinin də problemlərinin həllinə ehtiyac var. Erməni separatçıları 30 illik işğal dövründə Sarıcalı kəndindəki evləri dəfələrlə atəşə tutublar, bu kənddə salamat damı olan tək-tük ev olub. Buna baxmayaraq, sakinlər işğal dövründə kəndlərini tərk etməyiblər. Yayda bir neçə dəfə həmin kəndlərdə oldum, Sarıcalıda yaşlı nəslin nümayəndələri və vətənpərvər gənclərlə tanış oldum. Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər, yeganə istəkləri başqa yerlərdə olduğu kimi torpaq islahatın aparılması və kənd təssərrüfatıyla məşğul olmalarına şəraitin yaradılmasıdır.
Prezident İlham Əliyev ötən ilin noyabrında “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Yenilənmiş Qanuna əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Həmin ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək. Sarıcalı və Şükarağalı kənd sakinləri Prezidentin təsdiq etdiyi qanunun icrasını səbirsizliklə gözləyirlər..."

Geri qayıt