Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR...
Əsas Səhifə > Manşet, Ölkə > Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR...

Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR...


Bu gün, 10:15
Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev dünyaya "səs" salmaqda davam edir. Onun 165 sakinə qarşı dələduzluq etmiş "Sahil S İnşaat" firmasının şəriki Pənah Kərimovu ev dustaqlığına buraxması artıq ölkənin siyasi platformalarında, sosial şəbəkələrdə müzakirə edilir, tanınmış siyasət adamları tərəfindən dilə gətirilir. Şirkətin rəhbəri Taley Alaverdiyev həbsdə olduğu halda, onun şəriki Pənah Kərimovu heç bir əsas olmadan ev dustaqlığına buraxmaq etiraz doğurmaqdadır. Çünki məhz Pənah Kərimov şirkətə qoşulduqdan sonra dələduzluq halları baş verib, bu şəxs bir mənzili bir neçə adama satıb.

Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR...

İndisə hakim Elnur Nuriyevin onu azad etməsi sakinləri ayağa qaldırıb. Ötən həftə bir qrup vətəndaş Məhkəmə-Hüquq Şurası qarşısında toplaşaraq hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu azad etməsinə etiraz bildiriblər. Üstəlik, bu faktı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də vurğulayıb. O, jurnalistlərlə söhbəti zamanı hakim Elnur Nuriyevin 165 ailəni aldadan dələduz Pənah Kərimovu ev dustaqlığına buraxdığını xatırladıb. Qeyd edək ki, hakim Elnur Nuriyev həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə prosesə sədrlik edir. İndisə bu hakimi bütün Azərbaycan ictimaiyyəti tanıdı ki, kimi müdafiə edərək evə buraxıb.

AnaXeber.info

Geri qayıt