Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                 

“Qarabağa sertifikatı olmayan həkimləri göndərirlər” – Tibbi Bərpa İnstitutunun elmi işçiləri ölkə başçısına şikayət yazırlar...
Tarix: 17-03-2025, 10:15 | Çap et
“Qarabağa sertifikatı olmayan həkimləri göndərirlər”

YAZININ ƏVVƏLİ BURADA:
yazı1- Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
yazı2- "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!

“Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin idarəçiliyinin bərbad bir ili” sərlövhəli tənqidi məqaləmiz işıq üzü görəndən sonra mart ayının ilk günlərindən başlayaraq GundemXeber.Az saytında Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçilərinin ölkə başçısına, birinci xanıma və surətini əlaqədar qurumlara ünvanladıqları şikayəti təqdim olunmuşdur. Qeyd edək ki, mətni kifayət qədər uzun olan şikayətnamənin dərc olunmuş birinci və ikinci hissələri elmi və tibbi ictimaiyyət arasında rezonans doğurub.
Xatırladaq ki, şikayətin 14 bəndlik iki hissəsində İnstitutun baş direktoru Mətanət Əfəndiyevanın işçilər arasında ayrı-seçkilik etməsindən, hüquqpozmalara rəvac verməsindən, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulmasından, qazilərə verilən yemək menyusunda əskiklik olmasıından, direktorun yarıtmaz idarəçilik siyasətinə etiraz edən işçilərin daim aşağlanmasından və s. qanunsuzluqlardan bəhs olunurdu.
İndi isə Şikayətnamənin ardını təqdim edirik:
15. Xəstələrin diaqnozları sığortadan gələn bonusa uyğunlaşır - yəni, müvafiq Bundle sistemi öyrənilərək şöbə müdiri Pərviz Axundov tərəfindən, çünki əvvəl o sığorta şöbəsinin müdiri vəzifəsində çalışıb, hansı diaqnoza daha çox pul gəlirsə onu təyin edir və öz həkimlərinə tövsiyə edir, onlar da xəstənin diaqnozunu dəyişdirirlər ki, daha çox bonus alsınlar. Əks göstərişləri olan onkoloji xəstələr fizioterapevtik müalicəyə yatırılır - bonus və əlavə qazanc naminə.
16. Azərbaycan Respublikasının qənunvericiliyinə əsasən şöbə müdiri vəzifəsində çalışan şəxslər stasionar şəraitdə xəstə aparmamalıdılar, lakin bütün şöbələrin müdirləri xəstə aparır. Boş vakant şöbə müdiri vəzifələri isə mövcud kadrlardan seçilmir.
17. Sertifikasiya imtahanlarından keçməyən həkimlərə xəstə aparmağa icazə verilir. Yaxud, sənədlərdə başqa həkimlərin adı gedir, faktiki isə xəstəni sertifikatı olmayan həkim aparır. Tibbi xidmətin keyfiyyəti artıq şübhə yaradır. Yüksək dərəcəli peşəkar həkimlərə, ən əsası Səhiyyə nazirinin 07.03.2023-cü il tarixli, 3-28/3-1-68/2023 nömrəli əmrinə və o əmrin 1 nömrəli əlavəsinə əsasən Səhiyyə naziri tərəfindən seçilən mütəxəssis ekspertlərinə hörmətsizlik və xəstə verilməməsi, lakin qazinin epikrizini cıran və buna görə töhmət alan həkimə verilməsi çox gülünc və acınacaqlı haldır.
18. İnstituta gələn xəstələr ehtiyac olmadan, eyni zamanda müxtəlif mütəxəssislərə və həddindən artıq lazımsız bahalı müayinələrə yönəldilir, xəstələrin əllərində təzə müayinələr ola-ola, yenidən institut daxili müayinələrə göndərilir - bu da həm dövlət budcəsinə ziyandır, həm institutun avadanlığının lazımsız aşınmasıdır, həm institutun kabinetlərində və dəhlizlərində daimi sıxlığa və müxtəlif virusların yüksək yoluxma dərəcəsinə səbəb olur, təsdiq edilməmiş süni əks göstərişlər uydurulur, aylarla, illərlə bu institutda mütəmadi müalicə olunan və əlilliyi olan xəstələrin müalicə olunmağına maneə törədilir. Amma ödəniş müqabilində onları qəbul edirlər - necə olur ki, həmin xəstələrdə əks göstəriş pul verəndə yoxa çıxır? Bəzi xəstələrin doğrudan da əks göstərişi olanda fizioterapiyaya, onların o əks göstərişləri “itirilir”, xəstəlik tarixçələrinə qoyulmur rüşvət müqabilində, lakin onlara rüşvət almaqda mane olan bəzi həkimlər institutda aparılan və falsifikasiya edilən yalnış analiz cavablarına görə cəzalandırılırlar. Stasionar şəraitdə müalicə üçün növbə gözləyən xəstələr nə hikmətdirsə, pul, rüşvət verməyəndə aylarla, hətta illərlə növbə gözləyir, rüşvət verənlər isə şöbə müdirinə, dərhal qəbul olunur. Qəbul komissiyasında böyük pozuntular baş verir.
19. Respublikamızda tibb elminə heç bir xeyiri olmayan, yüksək maddiyyət tələb edən əhəmiyyətsiz tədbirlər keçirilir, o tədbirlərə büdcədən pul ayrılır, lakin işçilərin o tədbirlərdə öz hesablarına iştirak etməyə məcbur olunurlar. Tədbirlərdə iştirakı güya elmi fəaliyyətin yüksəlməsinə yönəlib, yalandan kurs, təlim, konfrans adı ilə pullar xərclənir, elə həmin artıq büdcəsi institutun hesabından ayrılan tədbirə farm-şirkətlərdən də əlavə pullar alınır. Görün, nə gözəl alqoritm qurulub, deyilmi?
20. Rəhbərlik güya elmi çıxışa görə, ya da kurs keçməyə görə öz yaxın çevrəsindən olan həkimləri xaricə ezamiyyə xərcləri qarşılanaraq göndərir, lakin bizim dəfələrlə xaricdə mötəbər təlimlər və kurslar keçməyə getməyimizə ezamiyyə xərclərinin qarşılanmayacağı və iş vaxtı icazə verilməyəcəyi bildirilir. Nəticədə biz məcbur olub məzuniyyətimizi kurs keçməyə sərf edirik və öz cibimizdən bu təlimlərə qatılırıq. Amma hesabat dövründə bu qazandığımız təcrübəni və sertifikatları rəhbərlik öz hesabına çıxır, çünki Səhiyyə Nazirliyinə elmi faəliyyəti bizim hesabımıza göstərə bilir.
21. Qarabağın işqaldan azad olunmuş rayonlarında yaşayan həmvətənlərimiz o qədər dəyərsizdilər ki, sertifikatları olmayan həkimləri göndərirlər onları müayinə və müalicə etməyə?! Praktik fəaliyyətlə məşğul olmaq üçün Şəhadətnaməsi olmayan həkimlər niyə müəssisədə qalıb? Niyə pasient aparır? İnstitutun kameraları tam açılıb bütün bu pozuntular yoxlanmalıdır. Niyə onların fəaliyyətinə Səhiyyə Nazirliyi icazə vermədiyi halda Böyük Qayıdış proqramına qatılmağa və orda xəstələrə müayinə və müalicə etməyə imkan yaradır?
22. Direktor çevrəsindən ona yaxın olan həkimlərlə birlikdə hüquqlarını tələb edən həkimlərə qarşi çirkin əməllər qururlar. İnstitutda müalicə almış xəstələrə zənglə evlərindən xəstəxanaya çağırıb və ya stasionar müalicə dövründə axşam növbəsində onlara yaxınlaşıb təlimatlandıraraq, həkimə qarşi şikayət ərizəsini yazmaga sovq edirlər. Beləliklə, böhtan ataraq, onlara "lazımsız" həkimləri uzaqlaşdırmaga çalışırlar. Savadlı həkimləri xəstələrin gözündə alçaldırlar, ictimai nüfuzlaranı yerə salırlar. Müdrik rəhrbər işçisinin şərəf və ləyaqətini qorumağa borcludur. Əvəzində direktorumuz tabeliyində olanlar arasında intriqa yaradır. Haqlarını tələb etməyə çalışan savadlı və təcrübəli əməkdaşlara qarşı süni təxribat yaratmaga çalışan direktor, rəfiqəsi оlаn şöbə müdirinin kobud səhvlərini ört-basdır etdi. Yuxarıda sadalanan noqsan və iradlar bizim şərəf və ləyaqətimizə toxunur, Azərbaycanın elmi genefonduna zərər verir. Biz həm maddi, həm fiziki, həm də mənavi ziyan çəkirik, biz haqqımızı istəyirik. Bizə yardım edin. Biz Sizə böyük ümidlə müraciət edirik.
23. Həddindən artıq əmək münasibətləri pozuntuları mövcuddur. İşçinin əvəzinə alınan əmək haqqılar, ''virtual əmək haqqı kartları", уаlnış hesblanan və verilməyən məzuniyyətlər, ezamiyyətlər, bonuslar, mukafatlar, əvəzçilik üzrə maaşlar və kompensasiyalar... Əmək müqaviləsinə qərəzli şəkildə qeyri-qanuni dəyişikliklər edilir, kollektiv müqavilə nəzərə alınmır, qeyri-qanuni şəkildə işçinin razılığı olmadan əmək şəraiti “zərərli”dən “normal”a dəyişdirilir, əmək haqqı azaldılır, aylıq sabit mükafatlar silinərək qeyd edilmir müqavilədə, aydın dildə yazılan Ьinngnalt qanunvericilik və əmrlər qeyri-adi formatda ozünəməxsus formada interpretasiya edilərək nə hikmətdirsə ancaq rəhbərliyə sərf edən şəkildə, işçinin qazancını isə azaldan şəkildə izah olunur.
Cənab Prezident, Sizdən xahiş edirik ki, bizim institutda ədalətin bərpasına köməklik edəsiniz, çünki institutumuz xaosun, qanunsuzluğun hökm sürməməli oldugu dovlət qurumudur. Xahiş edirik, institutun baş direktoru Mətanət Əfəndiyeva, baş həkimi Nurlana Əliyeva, şöbə mildiri Pərviz Axundov bu institutda rəvac verdikləri hökmranlıq və vəzifələrindən sui-istifadə, rüşvətxorluq, dövlət büdcəsini mənimsəmə və işçilərin haqqına girmənin qarşısının alınması üçün işdən azad edilsinlər.

P.S. Şikayətçilər 3 nəfərdən çoxdur. Amma ərizəni imzalamaga ehtiyat etdilər.
1. Məmmədova Mərziyyə Yusif qızı, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu (ЕТТВİ) Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu Etik Komitənin katibl, Əziz Əliyev аdınа Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya vg Klinik Neyrofiziologiya kafedrası assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (Səhiyyə Nazirinin 07.03.2023-cü il tarixli 3-28/3-1-68/2023 nomrəli əmrinə və о əmrin 1 nömrəli əlavəsinə əsasən).
2. Sadıqova Gülzar Sabir qızı, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu Artrologiya bölməsinin kiçik elmi işçisi.
3. Babayeva Samirə Nəriman qızı, Elmi-Tədqiqat Тibbi Bərpa İnstitutu Artrologiya bölməsinin kiçik elmi işçisi.

GundemXeber.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru