Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                 

Fuad Nağıyevin həbsi günü bu gün də istisna deyil... - ÇÜNKİ...
Tarix: 12-03-2025, 09:11 | Çap et
Fuad Nağıyevin həbsi günü bu gün də istisna deyil...
Son vaxtlar yeni təyin edilən bəzi məmurlar – nazirlər, müavinləri, agentlik, publik hüquqi şəxs rəhbərləri, müavinləri və s. etimadı doğrultmur. Nəticədə ya vəzifədən çıxarılır, ya töhmət verilir, ya da barələrində istintaq araşdırması aparılır.

Dövlət Turizm Agentliyinin rəhbərliyində təmsil olunan xeyli yüksək vəzifəli məmurlar da eyni aqibəti yaşamaqdadır.

Belə ki, əvvəlcə Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edildi. Ardınca Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən şübhəli şəxs kimi saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.

“Köhnə qvardiya” üzvləri olan məmurlar 2018-dən etibarən idarəetmədən uzaqlaşdırılanda yerlərinə gənc kadrlar gətirildi. Deyilirdi ki, gənclərin vəzifələrə irəli çəkilmələri effektiv olacaq.

Son baş verənlər, eləcə də bundan öncəkilər deməyə əsas verirmi ki, gənc kadrlarla bağlı deyilənlər əslində çox şişirdilib?

Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz hansısa fərdin əməlinin ümumiləşdirilməsinin əleyhinə olsa da, sualımızla böyük ölçüdə razılaşır:

“Məsələ burasındadır ki, istənilən nəslin nümayəndəsi yetişdiyi mühitin insanıdır. Dolayısı ilə, özünün mənəvi dünyasında mənsub olduğu nəslin ümumi xarakteristikasından da müəyyən izlər daşıyır. Sizin “köhnə qvardiya” adlandırdığınız nəslin insanları korrupsiyaya və rüşvətə “hörmət” kimi baxdıqlarından dövlət əmlakını talamaqda bir qüsur görmür, əksinə, talama yarışına girirdilər. Ölkəmiz uzun illər məhz bu korrupsioner məmurların “hörmətcilliyi” sayəsində soğan kimi soyulub müflisləşdi. Amma onlardan sonra gələn nəsil də ya həmin şəxslərin övladları, ya da yaxın qohumları olduğu üçün eyni tərbiyə ilə yetişiblər. Nəticədə nəfsləri sələflərindən çox da fərqlənmir”.

Bunun ən bariz nümunəsinin Dövlət Turizm Agentliyində yaşananlar olduğuna diqqət çəkən Heydər Oğuz xatırladıb ki, Agentliyin sədri Fuad Nağıyevə işində yol verdiyi bağışlanmaz səhvə görə əvvəl töhmət verildi:

“Ardınca da tabeliyindəki bəzi şəxslər işdən uzaqlaşdırıldı, istintaqa cəlb edildi. Sonra isə onlardan biri DTX tərəfindən həbs olundu. Məlum oldu ki, bu adamlar dövlət sirrini əcnəbilərə satıblar. Yəqin ki, DTX işi araşdırdıqca dövlət orqanlarında kök salmış bu qruplaşmanın daha böyük cinayətləri ortaya çıxacaq və başda Fuad Nağıyev olmaqla qrupun bütün aparıcı şəxsləri layiqli cəzalarını alacaqlar. İndidən onların bir sıra cinayətləri media orqanlarında hallandırılır. İddialara görə, bu adamlar Azərbaycanın mətbəx mədəniyyətinin bir sıra nümunələrini ermənilərə satıblar. Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru olmuş, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov mətbuata verdiyi açıqlamada bunu açıq şəkildə dilə gətirərək bildirir: “Adamı incidən odur ki, niyə ölkəmizə bu qədər ziyan vurdular? Bu 3 ildə milli mətbəximizə elə zərbə vurdular ki, 30 ilə çətin düzələ. Çox şeyi ermənilərə verdilər, bəla bundadır. Mətbəxi qorumaq, təbliğ etmək, inkişaf etdirmək üçün ayrılan pulları mətbəximizin əleyhinə yönəltdilər. Prezidentin etimadının, etibarının ən böyük şərəf və məsuliyyət olduğunu unutdular. Bunları pula satdılar. Bu, çox ağrıdıcıdır. Təəssüf edirəm!”.

Heydər Oğuzun fikrincə, bu iddialar doğrudursa, deməli, Fuad Nağıyev və onun komandası mahiyyət etibarilə öz korrupsioner sələflərindən fərqlənməyiblər:

“Onlar da dövlət əmlakına, milli dəyərlərə sələfləri kimi amansız yanaşır, əllərinə keçəni mənimsəyir, əllərinə keçməyəni isə əcnəbilərə satıblar. Və bundan zərrə qədər də vicdan əzabı çəkməyiblər. Çünki dövlət əmlakına, onun dəyərlərinə, maraqlarına öz dövlətlərinin mülkiyyəti kimi baxmayıblar. Bunu isə sələfləri olan “köhnə qvardiya”dan öyrəniblər. Zira dövlət əmlakına qənim kəsilənlər, onu oğurlayıb xarici dövlətlərə daşıyaraq özlərinə cah-cəlal quranlar da əslində, idarə etdikləri strukturlara özgə malı kimi baxdıqlarından onu rahatlıqla talamağı uyğun görürdülər. Sadəcə, birincilərin əlində hələ talana biləcək dövlət əmlakları var idi və onlar da tamahlarını həmin əmlaklara salmışdılar. İndi isə həmin əmlaklar tükənib və yeni kadrlara yalnız dövlət sirrini satmaq qalıb. Yenilərin də əli bu strateji məlumatlara çatdıqlarından eynilə sələfləri, ataları, əmiləri, dayıları kimi onu satmaqla var-dövlət sahibi olmağa çalışırlar. Bu baxımdan dövlət sirrini satanla dövlət əmlakını satanlar arasında elə də ciddi fərq yoxdur. Azərbaycan hakimiyyəti dövlət sirrini və əmlakını hərraca çıxaranlara da eyni gözlə baxmalı, öz dövlətinə düşmən kəsilənləri ən ağır şəkildə cəzalandırmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru