
Naxçıvan Səhiyyə Nazirliyində bir müddət əvvəl aparılan korrupsiya araşdımaları nədənsə nəticəsiz qaldı. Əslində bu gözlənilən idi də. yəni nəticə olmalı deyildi, sadəcə olaraq Naxçıvanda bir İÇ SAVAŞ var və Prezidentin Naxçıvan Muxtar Respublikasında xüsusi nümayəndəsi postunu tutan Fuad Nəcəfli çalışırdı ki, Samiq Sadıxovun nazir təyinatını önləsin... bunu bacara bilməyəndə ardından MR səhiyyəsində yoxlamalara nail oldu. Yenə də Samiq Sadıxov canını qurtara bildi, indi isə yeni savaş başladılacaq...
Bu barədə "DİA-AZ"a danışan MR-dakı mötəbər mənbə iddia edir ki, son günlər birbaşa olaraq Fuad Nəcəflinin təlimatı ilə yerli səhiyyə sistemindəki neqativlər mətbuatda daha da intensiv şəkildə ictimailəşdirilir:
"Bunlar təsadüfi deyil. Nəcəfli nəyin bahasına olursa-olsun Sadıxovu "VURACAQ" Açıq şəkildə deyib ki, Naxçıvanda ya o qalmalıdır, ya da Sadıxov..."