
"DİA-AZ" xəbər verir ki, fotoda gördüyünüz şəxs hazırda Azərbaycanda ovda olan Rəşid adlı ərəbdir.

Belədə tam adı Rashid Bin Hatha Al Marar olaraq qeyd olunub...
Bu il də Azərbaycana bəzgək ovuna gəlib. Neçə dəfəsidir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində oturan ƏMİLƏRİMİZ Azərbaycanın təbii zənginliklərini - ANA TƏBİƏTİMİZİ bu ərəbə peşkəş etməkdədir...
"DİA-AZ" qeyd edir ki, Rashid Bin Hatha Al Marar BƏƏ-dəki ən böyük xurma istehsalçısı olan şirkətlərdən biri olan Tamrco-nun təhsisçisidir!
Üzü əgər oxucularımıza tanış gəlmirsə yadınıza salaq ki, 3 il öncə Acınohurda nadir Qafqaz durnasını ovlayıb, gülərək şəkil çəkdirən elə özü idi!

Bu il Dubaydan öz şəxsi avtomobilini belə Azərbaycana ov üçün gətirib, ov seyrangahı qurub yenə!!!
Hər halda, hazırda Muxtar Babayev nazir postunda deyil... Amma bu o demək deyil ki, Azərbaycanda ANA TƏBİƏTİMİZİN "namusunu çəkəcək" hansısa qurum və yaxud da əlaqədaq şəxs yoxdur...