Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                 

Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Tarix: 20-12-2024, 10:10 | Çap et
Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ...
"Bu maraqlı əhvalatı yazılarımın birində başqa səbəblə nağıl etmişdim. Bununla belə, yerinə düşdüyü üçün onu bir də xatırlatmaq istəyirəm. Nənəm 110 ildən artıq ömür sürüb. Yaşını ona görə dəqiq deyə bilmirəm ki, əvvəllər yaşı “Kürün donduğu il”, “Nikolayın taxta çıxdığı vaxt” kimi hadisələrlə hesablayırdılar. Şura hökuməti gəlməzdən əvvəl babamın bir ferması var imiş. Nənəm danışırdı ki, bir gün babam ovda olarkən fermanın həyətində ona qaban hücüm edib. Nənəm, savadı olmsa da, çoxbilmiş idi. Qaban ona yaxınlaşana qədər nənəm heç yerindən tərpənmirmiş, çata-çatda isə bir-iki addım kənara çəkilirmiş. Sən demə, o, qabanın yalnız düz getdiyi, sağa-sola dönə bilmədiyi barədə məlumatlı imiş. Beləcə, nənəm qabanı tam yorana qədər sağa-sola çəkilirmiş. Axırda əldən düşmüş qabanın çıxıb getməkdən başqa, çarəsi qalmayıb". "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir.
O daha sonra bunları əlavə edib: "Bu yazımda sağa-sola dönüb baxa bilməyən, öz gözündə tiri görməyib, başqasının gözündə qıl axtaran bir nəfərdən bəhs edəcəyəm.
Həyətimizə gələn yolun bir hissəsi yağış yağanda palçıqlı olur. Bələdiyyəni də belə şeylər əsla maraqlandırmır. Qərara gəldim ki, xırda çay daşları gətirdib yolu özüm düzəltdirim. Bir maşının neçə ton yük götürdüyünü öyrənmək üçün “Qoogle” platformasına müraciət etdim. Axtarış pəncərəsində “KamAz” yazmaq istəyirdim, lakinsSözü yazıb sona çatdıra bilmədim. Elə “Kam” yazan kimi dərhal “Kamal Abdulla” çıxdı. O səbəbdən bu yazıya görə günah məndən getdi – babalı “Qoogle” platformasının boynuna. “KamAz” əvəzinə qarşıma çıxmış yazı isə Kamal Abdullanın 2023-cü ilin 6 iyununda Sim-sim.az saytına verdiyi müsahibə idi. “Universitetdaxili siyasətimiz Azərbaycan naminə çalışmaqdır” başlıqlı bu müsahibədə o, necə deyərlər, çox basıb-bağlayır və “Azərbaycan” deyəndə də, əslində, özünü nəzərdə tutur. Bu, yəqin ki, heç kimi təəccübləndirmir, çünki bunun Kamal Abdullayevin bütün şüurlu (sözün ilkin mənasında) həyatı boyu gördüyü əsas iş olduğunu onu tanıyanlar çox yaxşı bilir.
Bir dəfə futbolu çox sevən bir talış dostumdan zarafatla soruşmuşdum ki, İran futbol şərhçisinin tez-tez dediyi توپ از کنار دروازه می گذرد “Top az konar darvazeh miqozard” (“Top qapının yanından keçir”) cümləsini talış dilinə necə tərcümə etmək olar? O da sualıma zarafatla belə cavab vermişdi: “Ləp əz darvaze vızzz mikonəd”. Mən də Kamal Abdullayevin basıb-bağlamağından vızzz keçib əsas mətləbə gəlirəm.
Müsahibədə müxbirin “Kamal müəllim, Azərbaycanda təəssüf ki, ağı qara görənlər də var. Siz həmişə deyirsiniz ki, əsl dost sənin sevincinə sevinən dostdur. Bədxah isə sənin uğurunu görmür, yaxud görmək istəmir. Mən bu yaxınlarda Amerikanın 50-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri A.Dallesin SSRİ-ni dağıtmaq planı barədə bir yazı oxudum. Hər respublika üçün ayrı-ayrılıqda tövsiyələr verir. Siz bu yazı – tövsiyə ilə tanışsınız?” sualına Azərbaycan Dillər Universitetinin rektoru, tanınmış “hermenevt”, cadugərlik fəaliyyətinin də daxil olduğu ezoterika elminin Azərbaycanda ən görkəmli nümayəndəsi, məşhur diplom alverçisi, ölkənin ən adlı-sanlı rüşvətxoru, elm və ədəbi-bədii fikir oğrusu, plagiator, mahir talançı, “siyasi repressiya qurbanı”, “dissident” və bir çox başqa “yüksək titul”ların sahibi Kamal Abdullayev belə cavab verir: “Cənab Dalles tövsiyə edirdi ki, Azərbaycana gedin, adamlar axtarın, pul verin, nə istəyirlər verin. O adamları ələ alın, yazılar yazdırın. O yazılarla xaos yaradın. Dövlət idarələrində ən yaxşı, vicdanlı, namuslu, millətini sevən kim varsa, hamısına böhtan atın, yalan deyin, şantaj edin. Onları mənəvi cəhətdən öldürün. Elə etməliyik ki, təmiz və namuslu olmağa hamı gülsün və onlar heç kimə lazım olmayan keçmişin qalıqlarına çevrilsin. Biz hazırladığımız gənclərdən təhsil agentləri, azad dünya kosmopolitləri yaradacağıq… Bu, Dallesin plan-tövsiyəsinin bir hissəsidir”. Sonra Kamal Abdullayev fikrini belə davam etdirir: “– Tanış mənzərənin 50-ci illərdən görünən təsviridir. Təəssüf ki, xaos yaratmaq istəyənlər hələ də var. Bu tövsiyəyə uyğun olaraq “işləyən” adamlar var. Bunu sübut etmək çox asandır. Amma mən ona inanıram ki, bu adamlara münasibəti onların təxribati “yaradıcılıqları” qarşısında etinasızca susaraq deyil, onların böhtan, şər, təhqir və hədyanlarına kəskin “yox!!” deyərək bildirmək lazımdır. Dağ başında və mağara dövründə yaşamırıq. Məhkəmə var, ədalət var. Hər böhtana və təhqirə cavab var. Çox gözəl atalar sözüdür. Deyir, yalan ayaq tutar, yeriməz! Bir də ki, niyə şərçilər, böhtançılar, Dallesin bu günkü ardıcılları birləşə bilir, digər tərəfdən işini vicdanla görənlər isə bunu edə bilmir?! Bu şərçilərə kəskin cavablar vermək, onları ifşa etmək lazımdır. Bu iş təkcə üstünə şər atılanların deyil, özünü azad demokratik ruhlu sayanların hamısının vicdani borcudur”.
Necə deyərlər, “Malades!!!” Allen Dallesin dediyi şəxslərdən biri və bəlkə də, elə birincisi Kamal Abdullayev özüdür. O, A.Dallesin tövsiyərinə bir proqram kimi əməl edir. Kamal Abdullayevin özünün oğuzlar, oğuz ərləri, Dədə Qorqud, oğuz qadını, Azərbaycan qadını haqqında yazdığı və ADU-nun büdcəsindən, müəllimləri və tələbələrindən oğurladığı pullar hesabına bir çox dillərə tərcümə etdirdiyi aşağılayıcı, təhqiramiz bədii və elmi, elmi-kütləvi əsərlər və məqalələr bütöv bir etnosun dəyərlərini alt-üst etməyə, onu dünya xalqalarının gözündən salmağa xidmət edir. Onun təkcə “Bir yay axşamı” hekayəsində A.Dallesin dediyi fikirlərin əksəriyyəti öz əksini tapmışdır. Bu hekayədə Kamal Abdullayev gənclərə əxlaqsızlıq aşılayır, onları kosmopolitizmə səsləyir, Avropa ölkələrinin eynicinslilər haqqında indi qəbul etdikləri və başqa xalqlara qəbul etdirmək istədikləri qanunları, pedofiliyiyanı onlardan daha əvvəl təbliğ edir. Bütün bunları o, məharətlə, hermenevt kimi, gizli şəkildə, sətiraltı eyhamlarla edir.
Kafedra müdiri işlədiyi vaxt əxlaqsızlığa cəhdinə görə başından stul zərbəsi almış, daha bir əxlaqsızlığa görə ADU-da kabinetinin pəncərəsindən atılmaqdan güclə canını qurtarmış bu rektor müsahibəsində cəmiyyətə əxlaq dərsi keçir.
Xalqın inkişafının ən strateji sahələrindən biri təhsildir. Bu səbədən Kamal Abdullayev A.Dallesin dediklərinə uyğun olaraq təhsilin məhvi üçün bütün imkanlarını səfərbər etmişdir. Hər şeyin rüşvətlə edildiyi, tənqidi söz deyənin təqib edildiyi, xaos yaradılmış bir müəssisədə hansı təhsildən söhbət gedə bilər?! Kamal Abdullayev, A.Dallesin tövsiyələrində olduğu kimi, ADU-nun nüfuzlu müəllimlərini ləkələmək üçün bütün vasitələrə əl atır, onların haqqında iftira dolu məktublar hazırlatdırıb imzalatdırır və dövlət və hökumət orqanlarına göndərir, mətbuatda çirkin yazılar yazdırır və beləliklə, rəhbərlik etdiyi kollektivdə müti olmayanların aqibətinin belə olacağı düşüncəsi formalaşdırır. Əvvəlki yazılarmda göstərdiyim kimi, indi Filologiya fakültəsinin dekanı vəzifəsini tutan və Kamal Abdullayevin artıq sağ əlinə çevrilmiş Həmidə Əliyevanın 2016-cı ildən COVİD-19 pandemiyası başlayana qədər doktorant və dissertantlardan onların müdafiəyə buraxılmasına guya icazə verilməsi üçün AAK-nin adından 500 manat, hər bir müdəfiə üçün isə 3000-5000 manat aldığı, indi artıq sol ələ çevrilmiş rektor köməkçisi Coşqun Dadaşovun müdafiə üçün məbləği 20 000 manata (eyni vaxtda iki nəfər olarsa, güzəştli qiymətlə – 15 000 manata) qaldırdığı, kafedra müdiri vəzifəsinin 50 000 manat, dekan vəzifəsinin 100 000 manat olduğu müəssisədə A.Dallesin dediyi iş aparılmırmı?! Yüzlərlə saxta diplom sataraq saxta mütəxəssislər yetişdirmək A.Dallesin planının tərkib hissəsi deyildirmi?! Buyurun, A.Dallesin Azərbaycandakı agenti Kamal Abdullayevin satdığı saxta diplomların bir qismi ilə tanış olun:
Filologiya fakültəsi üzrə:
1. Ş.F.Qurbanov – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə (441-ci A qrupu). Pedaqoji praktikadan 21 kredit kəsirlə 03.07.2019-cu il tarixli, 05 nömrəli prokol əsasında 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə ona diplom verilmişdir.
2. A.M.Hacıyeva – Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) ixtisası üzrə VII il tələbəsi (430-cu B qrupu). 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə (03.07.2019 tarixli, 7 nömrəli protokol əsasında) 7 fəndən və pedaqoji praktikadan kəsirlə (21 kredit) ona diplom verilmişdir.
3. Ə.Ə.Məmmədov – ixtisası: Filologiya (alman dili və ədəbiyyatı), Azərbaycan bölməsi 435-ci qrup (V ilə) – 33 kəsir,
4. F.A.Kazımov – Filologiya (alman dili və ədəbiyyatı), Azərbaycan bölməsi 435-ci qrup (V ilə) – 23 kəsir,
5. İ.İ.Orucov – Filologiya (ispan dili və ədəbiyyatı), Azərbaycan bölməsi 436-cı qrup (V ilə) – 27 kəsir.
2018-ci ildə – IV tədris ilinin sonunda Ə.Ə.Məmmədov, F.A.Kazımov və İ.İ.Orucovun müvafiq olaraq 33, 23 və 27 kəsiri olmuşdur. Lakin 2019-cu ildə – V tədris ilinin sonunda 12 iyul 2019-cu il tarixli, 3/437 nömrəli əmrlə onların hər birinə saxta diplom verilmişdir, çünki aradakı bir il ərzində ən yaxşı halda 12 kəsir ləğv edilə bilərdi.
Beləliklə, onlara müvafiq olaraq ən azı 21, 11 və 15 fəndən kəsir ilə saxta diplom verilmişdir.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə:
6. L.R.Ocaqquliyeva – Beynəlxalq münasibətlər ixtisası üzrə məzun (444-cü A qrupu). ADU-ya 2016-cı ildə köçürülmüşdür. 2018-ci ilin yanvarına fərq imtahanları ilə birlikdə onun 29 kəsiri olmuşdur. 12.07.2019-cu il tarixli, 3/438 nömrəli əmrlə ona diplom verilmişdir. Kəsirlərin ləğvi üçün onun 3 semestr vaxtı olmuşdur. Sonuncu semestr praktika üçün nəzərdə tutulduğundan 29 kəsir 2 semestr ərzində ləğv edilmişdir. 2 semestr ərzində isə ən yaxşı halda 12 kəsir ləğv edilə bilər. Başqa sözlə, 17 kəsir ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.
7. N.N.Hüseynov – Regionşünaslıq (yaponşünaslıq) ixtisası üzrə məzun (457-ci qrup). 2018-ci ilin yanvarına onun 17 kəsiri olmuşdur. 12.07.2019-cu il tarixli, 3/438 nömrəli əmrlə ona diplom verilmişdir. Kəsirlərin ləğvi üçün onun 3 semestr vaxtı olmuşdur. Sonuncu semestr praktika üçün nəzərdə tutulduğundan 17 kəsir 2 semestr ərzində ləğv edilmişdir. Bu müddət ərzində yalnız 12 kəsir ləğv edilə bildiyindən onun 5 kəsiri ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.
8. T.Ş.Ağayev – (Regionşünaslıq (İsrail və Yaxın Şərq) ixtisası üzrə məzun (454-cü qrup). 2018-ci ilin yanvarına onun 19 kəsiri olmuşdur. Həmin tarixdən ona diplom verilənə qədər olan 3 semestrdən biri bütövlükdə istehsalat praktikasına ayrıldığından 2 semestr ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Lakin 03.07.2019-cu il tarixli, 04 saylı protokola əsaslanan 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona diplom verilmişdir. Beləliklə, onun 7 kəsiri ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.
9. F.E.Şərifli – Regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə (459-cu qrup). 2018-ci ilin yanvarında onun 23 kəsiri olmuşdur. Bu tarixdən ona diplom verilənə qədər müddət 3 semestrdir. Semestrlərdən biri isə bütövlükdə istehsalat praktikasına ayrılır. Bu müddər ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Beləliklə, 03.07.2019-cu il tarixli, 04 saylı protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona 11 kəsirlə diplom verilmişdir, yəni 11 kəsir saxta yolla ləğv edilmiş və ya, bəlkə də, ümumiyyətlə ləğv edilməmişdir (bu barədə məlumat yoxdur).
10. Q.R.Qurbanov – Çinşünaslıq ixtisası üzrə (458-ci qrup). 2018-ci ilin yanvarında onun 18 kəsiri olmuşdur. Diplom verilənə qədər olan 3 semestrdən sonuncusu istehsalat praktikası üçün nəzərdə tutulur. Beləliklə, o, 2 semestr ərzində yalnız 12 kəsir ləğv edə bilərdi. Eyni protokol əsasında eyni əmrlə ona 6 kəsirlə saxta diplom verilmişdir.
11. M.C.Seyidov – Beynəlxalq münasibətlər ixtisası üzrə (445-ci qrup, rus bölməsi). O, ADU-ya Bakı Mühəndislik Universitetindən 27 fərq imtahanı ilə köçürülmüşdür. 2018-ci ilin yanvarında onun fərqlərlə birlikdə 27 kəsiri olmuşdur. İstehsalat praktikasında iştirak etmədiyindən onun burada da kəsiri qalmışdır. 2 semestr ərzində 12 kəsir ləğv edə biləcəyini nəzərə alsaq, ona 21.06.2019-cu il tarixli, 01 nömrəli protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə 15 fəndən və istehsalat praktikasından kəsirlə diplom verilmişdir.
İstehsalat praktikası üçün tədris planında 21 kredit müəyyənləşdirilmişdir. Bu, iki kreditli 10 fənnə, üç kreditli 7 fənnə, 4 kreditli 5 fənnə bərabərdir. Aşağıda adları göstərilən məzunlara 12.07.2019-cu il tarixli, 3/438 tarixli əmrlə 21 krediti ödəmədən saxta diplom verilmişdir:
12. Z.H.Nahavandian – Beynəlxalq münasibətlər, rus bölməsi, 445-ci qrup.
13. N.A.Namazova – Regionşünaslıq (Amerika üzrə), Azərbaycan bölməsi, 448-ci b qrupu,
14. N.A.Şahmalıyeva – Regionşünaslıq (Fransa üzrə), Azərbaycan bölməsi, 451-ci qrup,
15. Y.İ.Xəlilov – Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə), Azərbaycan bölməsi, 454-cü qrup.
Göründüyü kimi, Kamal Abdullayev və onun saxta diplom verdiyi yüzlərlə belə “məzun” Azərbaycanda A.Dallesin planınını həyata keçirir. Lakin Kamal Abdullayev “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” el misalı üzrə hərəkət edir. Əslində, o, elə öz əsərlərindəki casus kimi, agent kimi, A.Dallesin tapşırıqlarını icra edir, zahirdə isə özünü xalqın təəssübkeşi kimi göstərməyə çalışır. Lakin el arasında yalanın, oğurluğun və yazılması caiz olmayan başqa əməllərin ömrünün qırx gün olduğu deyilir – Kamal Abdullayevin elə ayaq üstdə çıxmaqda olan qırxı kimi.
P.S. “Qulaq” informasiya agentliyinin indicə verdiyi məlumatda bildirilir ki, bu gün seçilmiş kafedra müdirlərinin bəxtləri gətirmişdir. Onlar Universitetdəki gərgin atmosferə görə kafedra müdirliyi üçün müəyyənləşdirilmiş 50 000 manatdan edilmiş endirimdən yararlanmışlar..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru