"Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki..." - İLGİNC FAKTLAR
Tarix: 18-10-2024, 09:23 | Çap et
"Azərbaycan Dillər Universiteti 70-80-ci illərin Beyrutunu – qaynar qazanı xatırladır. Bu qazanın baş aşpazı Kamal Abdullayev öz çömçəsi ilə qazanı elə qarışdırıb ki, onun içindəki adı bilinməyən maye xörək indi artıq özü fırlanır..." diaaz.space bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib. O daha sonra bunları əlavə edib: "Son günlər yazılı mətbuat və teleleviziyalar bu universitetdə tələbələrin iyun ayından sonrakı təqaüdlərini hələ də ala bilmədiklərindən şikayətlənirlər. Universitetdən isə təqaüdün verilməməsini burada elektron sistemə keçilməsi ilə əlaqələndirirlər. Rektor Kamal Abdullayev, görünür, tələbələrin bir çoxunun yalnız təqaüd hesabına yaşadığını tamam unudub, çünki toxun acdan xəbəri olmur. Ondan soruşmaq lazımdır ki, sənin elektron sistemin qurulana qədər tələbə acmı qalmalıdır? Onu da soruşmaq lazımdır ki, sən iynə vurdurmağa Almaniyaya vaxtında getməsən, vəziyyətin necə olar? Universitetin büdcəsində maliyyə vəsaiti niyə yoxdur? Vəsait yoxdursa, sən niyə az qala Somaliyə qədər onlarla ölkədə ADU-nun mərəkəzlərini açırsan? Oğurluq materiallar əsasında tərtib etdiyin kitablarının tərcümə edilməsi və orada çap edilməsi, özünün reklamın üçünmü? Sən Universiteti niyə bu vəziyyətə gətirdin? Sənin verdiyin yalan məlumatlar əsasında ADU-nun reytinq siyahısında müəyyən yer tutduğunu ictimaiyyətin bilmədiyinimi sanırsan? Azərbaycan Dillər Universiteti, həqiqətən, qaynar qazandır. Burada hər gün nəsə baş verir. Məsələn, bu günlərdə tələbə qızlardan biri Universitetin mühasibliyinin əməkdaşı – Ümumi dilçilik kafedrasının müdiri, rektorun bacısı oğlu Azad Məmmədovun bacısının nəvəsi, yaxud Kamal Abdullayevin bacısının nəticəsi, amma özünü rektorun bacısı oğlu kimi qələmə verən Bayram İsmixanovdan ona qarşı etdiyi hərəkətə görə polis şöbəsinə şikayət edib. Bundan xəbər tutan kimi Kamal Abdullayev onu dərhal köhnə tarixlə işdən azad edib, yəni onun guya ADU-ya aidiyyəti yoxdur. Bəli, rektor belə metodlarla işləyir. ADU-ya bir salnaməçi lazımdır ki, oturub orada baş verənlərin hamısını qələmə alsın. Onu da qələmə alsın ki, rektor Kamal Abdullayev möhür imzasını köməkçisi, altıaylığında işləməyə başlamış Kərəmovu xatırladan, 6 aya dissertasiya yazıb müdafiə etmiş “vunderkind” Çoşqun Dadaşova “bağışlayıb”. O da bu imza ilə istədiyi adama istədiyi sənədi verir. Onun elə ustadı Kamal Abdullayev kimi tezliklə diplom da imzalayıb satacağını artıq proqnozlaşdırmaq olar. Kamal Abdullayevin ezoterikliyi xüsusi və çox geniş bir yazı mövzusudur. Onun ADU-nu ezoterika, numerologiya prinsipləri ilə idarə etdiyini oxucular da, Universitetin əməkdaşları da artıq yaxşı bilirlər. Görünür, elə bu səbəbdən dünən ADU-nun müəllimlərindən biri mənə zəng vurub bir məsələni ona izah etməyimi xahiş edir: “Həbib müəllim, siz son vaxtlar Kamal Abdullayevin “ezoterika”sından tez-tez yazırsınız və yəqin ki, onun cikini-bikini də bilirsiniz. Mən bir neçə gündür ki, ardıcıl olaraq onunla bağlı yuxular görürəm. Xahiş edirəm, bu yuxuları mənə Kamal Abdullayevin ezoterika prinsipləri ilə izah edin. Görürəm ki, Kamal Abdullayev vaxtaşırı Xaqani (keçmiş Molokan) bağının yanında ikimərtəbəli binanın ikinci mərtəbəsində taxta qapılı bir mənzildə bir gün arıq, bir gün kök görünən bir qadınla görüşür və ona tapşırıqlar verir. Mən Kamal müəllimə hər cümləsində “can”, “ay can”, “ay canım” deyən o qadını universitetimizdə adı gedən, ancaq işdə çox nadir hallarda görünən müəllimlərdən birinə bənzədirəm. Onu hərdən televiziyada, mətbuatda “yuxarılar”ın tədbirlərində də görürəm. Gördüm ki, Kamal müəllim ona caduya bənzəyən xırda bir bükülü və vazelin qabında qurd yağına bənzəyən bir şey verir, onun “yuxarılar”da gizlətməli olduğu yeri təsvir edir və qurd yağını necə sürtməyin təlimatını verir, sonra deyir ki, bunları edə bilməsən, mən yoxam, mən yoxamsa, deməli, sən də yoxsan. Səni mən “sən” etmişəm. Baş tutmasa, əvvəlki kimi gündə bir banan yeməklə kifayətlənməli olacaqsan. Həbib müəllim, bu yuxular mənə rahatlıq vermir. Fikirləşdim ki, bəlkə, siz bunun yozumunu bilirsiniz”. Mən həmin müəllimə o yuxuları, əlbəttə, izah edə bilmədim, çünki, necə deyərlər, yuxu “yozer”i deyiləm. Amma Kamal Abdullayevin həmişə həm də cadu ilə işlədiyini bildirdim. Elə ona görə də Kamal Abdullayev arxayınlıqla ADU-nu ona “vəd edilmiş universitet” (“университет обетованный”) kimi görür. Mən də bir dəfə yuxumda Kamal Abdullayevin özünün “Kamaputra” (“putra” qədim hind dili sanskritdə “övlad, oğul” deməkdir) adında bir “müqəddəs” kitab “toqquşdurduğu”nu və orada ADU-nu ona “vəd edilmiş universitet” kimi göstərdiyini görmüşdüm. Onun bu universitetə öz obyekti kimi baxması, yəqin ki, elə özünün də gördüyü yuxular və xəyallarından qaynaqlanır. Kamal Abdullayev ADU-ya tələbələrin mitinqini təşkil edib aranı qarışdıraraq gəlmişdi. Deyəsən, elə də gedəcək. Atalarımızın dediyi kimi, “Hay ilə gələn huy ilə də gedər”..."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|