Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                 

Professor rektoru İFŞA ETDİ... - FAKTLAR... DƏLİLLƏR...
Tarix: 17-10-2024, 11:17 | Çap et
Professor rektoru İFŞA ETDİ...
"Əvvəlcə “mıxolinqvistika” sözünün etimologiyasını araşdıraq. 2023-cü ildə FB səhifəmdə dərc etdiyim yazılarımda el sənətkarı Nənə Yaqutun Azərbaycanı qarış-qarış gəzərək bütün gördükləri və eşitdiklərini gah nəzmlə, gah da nəsrlə mandolinada tərənnüm etdiyi və mənim də onun söylədiklərini topladığım barədə yazmışdım". diaaz.space bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: "Nənənin hətta İtaliyaya da gedib çıxdığı, orada Umberto Ekonun ona el sənətkarı kimi yeddisimli gitara hədiyyə etdiyini və Nənə ilə şəkil çəkdirdiyini də xatırlatmışdım. Yazılarımda Nənəm Yaqutun miflərlə məşğul olduğunu da bildirmişdim. O vaxtlar Nənənin diş problemi olduğundan “mif” sözünü “mıx” kimi tələffüz edirdi. Başqalarının ideyalarını oğurlayaraq öz adından nəşr etdirməyin ustası olan, ideya, fikir pusqusunda duran akademik Kamal Abdullayev elə o vaxt həmin oğurladıqlarının bir qismini “Mifolinqvistika” adı altında ictimaiyyətə Azərbaycan dilçiliyində yeni istiqamət kimi sırımağa başlamışdı. Ona görə də Nənəm Yaqut bu oğurluq yazıya elə özünün tələffüz etdiyi kimi – “mıxolinqvistika” adı vermişdi.
Kamal Abdullayevin Böyük kombinator olmasından, “Dilçiliyə səyahət” kitabında Ostap Benderi çox-çox geridə qoyaraq, rus dilçisi Oleq Albertoviç Donskixin “Dilin mənbələrinə doğru” (О.А.Донских. К истокам языка. Новосибирск, 1988) kitabından xeyli hissəni köçürdüyündən bəhs etmişdim. O biri əsərlərinin ideyasını haradan oğurladığını və hansı hissələrini haradan köçürdüyünü də göstərmişdim. Həmin əsərləri köçürüldüyü, oğirlandığı mənbələri göstərməklə bir daha xatırlatmaq pis olmazdı:
1. “Yarımçıq əlyazma” (roman, 2004) – Бунин �?. А. О Чехове. Неоконченная рукопись. Нью-Йорк, 1955 (azərbaycanca: “Bitməmiş əlyazma”); Раиса Белоглазова. Незаконченная рукопись. Улан-Уде, 1958 (azərbaycanca: “Bitirilməmiş əlyazma”).
2. “Sehrbazlar dərəsi” (roman, 2006; rusca: “Долина кудесников”) – Леонид Кудрявцев. “Долина магов” (роман, 1998; azərbaycanca: “Sehrbazlar vadisi”, roman, 1998).
3. “Labirint” (hekayələr toplusu, 2009) – Леонид Кудрявцев. “Лабиринт” (рассказ, 1984).
4. “300 azərbaycanlı” (2007) – “300 спартанцев” (azərbaycanca: “300 spartalı”). Американский эпический исторический фильм режиссера Зака Снайдера, вышедший в прокат в 2007 г.
5. “Qatardakı adam” (hekayə, 2024) – “Человек с поезда” (“Qatardan gəlmiş adam”) – германо-франко-британская драма, снятая в 2002 г. режиссером Патрисом Леконтом.
6. “Məhəbbət adası” (hekayə, 2023; rusca: “Остров любви”) – “Остров любви” (azərbaycanca: “Məhəbbət adası” – Украинский телесериал (1995-1996 гг.), снятый по мотивам украинской любовно-эротической литературы XIX и XX веков Александра Олеся, Марко Вовчок, Ольги Кобылянской, �?вана Франко и других. Həmçinin: “Остров любви” – британский сериал (2005-2006), а также британское реалити-шоу.
7. Kamal Abdullayev adının özü qüsurlu olan “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud dastanı” (Bakı, 2020) kitabında da mənim elmi redaktoru olduğum, rus dilində yazılmış “Мифологические и конфессиональные концепты в аспекте лингвокогнитивных исследований” (Баку, 2017) monoqrafiyasından da xeyli hissəni bir qədər dəyişdirməklə köçürmüşdür (bu və digər köçürmələr barədə daha ətraflı məlumat üçün mənim FB səhifəmdəki 29.08 2024-cü il tarixli “BÖYÜK KOMBİNATOR” adlı yazıma baxmaq olar).
Lakin Kamal Abdullayevin köçürmələri heç də bununla bitmir.
2022-ci ildə “Sim-sim” nəşriyyatı onun 256 səhifəlik “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifoloinqvistika” kitabını nəşr etmişdir. Ondan daha əvvəl 2020-ci ildə “Sim-sim” saytı “Mifolinqvistika”nın plan-prospektini dərc etmişdi. Plan-prospekt redaksiyanın adından “Filologiyamızda yeni istiqamət – mifolinqvistika” başlığı ilə belə təqdim edilir:
“Akademik Kamal Abdulla Azərbaycan filologiyası sahəsində yeni bir elmi istiqamətin formalaşmasının başlanğıcını qoymuşdur. Dilçilik və mifologiyanın sərhəddində müəyyənləşdirilən bu elmi sahənin adı “Mifolinqvistika”dır. Mifoloji təsəvvürlərin dilimizdə, onun ayrı-ayrı qatlarında bu gün də yaşaması, dilimizin mifoloji təsəvvürümüz üçün verə bildiyi arsenal maraqlı düşüncələrə və perspektiv yozumlara yol açır. Fundamental tədqiqat əsəri kimi nəzərdə tutulan bu araşdırma hələlik öz əsas konturları, plan və perspektiv istiqamətləri ilə işıq üzü görmüşdür. İndiki halında bu araşdırmanı “plan – prospekt” də adlandıra bilərik. Mövzunun kulturoloqlar, filoloqlar tərəfindən maraqla qarşılanacağını nəzərdə tutaraq, 4 hissəli tədqiqatın birinci hissəsini təqdim edirik” (http://82.194.16.162:8080/.../Kamal%20Abdulla_yeni...).
Bu təqdimatı elə Kamal Abdullayevin özünün hazırladığı aydın görünür (yeri gəlmişkən, Kamal Abdullayevin nəzərinə çatdırmaq istəyirəm: ikinci cümlədəki “sərhəddində” sözünün “sərhədində” kimi yazılmalı olduğunu öyrənsən, pis olmaz).
Bəhs edilən həmin “yeni bir elmi istiqamət” haqqında alimlər Kamal Abdullayevin çeynənmiş cümlələri ilə hələ çox təriflər deyəcəklər. Bu tərifilərdən biri diqqəti daha çox cəlb edir. 2021-ci ildə çap etdirdiyi “Söz haqqında söz” kitabında Azərbaycanın zırpı alimlərindən olan akademik Muxtar İmanov ictimaiyyətə daha zırpı alim kimi tanıdılan Kamal Abdullayevi Nizami Gəncəvi, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi dahilərlə bir sıraya qoyur. Ona görə mən də Kamal Abdullayev “düha”sının oxuculara məlum olmayan başqa tərəflərini göstərmək missiyasını öz üzərimə götürdüm.
“Mifolinqvistikaya giriş” adlandırdığı plan-prospektində Kamal Abdullayev yazır: “Mifolinqvistikanın universal prinsipi. Tədqiqatın əsas, aparıcı xətti “etalon və ondan kənara çıxma” qarşıdurmasının müxtəlif təzahürləri üzərində qurulur. Bu qarşıdurmanın tərəflərini invariant (etalon) və variantlar (kənara çıxmalar) kimi təsəvvür etmək olar.
1. Əgər biz bəşərin ümumi (universal) inkişaf tarixini “qat” adlandıracağımız müəyyən hissələrə bölsək və bu qatların funksiyalarını müəyyənləşdirmək istəsək, invariant (etalon) nümunə 1-ci ən qədim (primitiv müstəqim) ilkin qata məxsus element kimi diqqəti cəlb edər. Başqa sözlə desək, birinci, ən dərin ilkin qatın funksiyası məhz invariant və invariantların yaratdığı münasibətlərdən ibarətdir ... Beləliklə, ilkin qat və ona uyğun müstəqimlik münasibətləri bizim təqdimatımızda əsas çıxış nöqtələrindən biri olacaq.
2. 2-ci qatın (bu, artıq mifoloji məkandır) elementlərini isə variantlar kimi ayırmaq mümkündür. Variantları məhz bu ikinci qatın funksiyası saymaq olar. Bu qatı biz mifoloji məkana məxsus qat kimi ayırırıq. İnkişaf tariximizin ən qədim deyil, ondan bir mərhələ sonrakı, variantlara söykənən, variantlar vasitəsilə geniş nəfəs ala bilən bu qatı məhz mifoloji təsəvvürlər, mifoloji dünyagörüşü və dilin mifoloji mahiyyəti üçün əlverişli və münbit zəmin (şərait) yaradır ...
3. Qatlar arasındakı bu qarşıdurma (invariant və variantlar) ən müxtəlif dil səviyyələrində özünü göstərir ...”.
İsveçrəli psixoloq, psixiatr və pedaqoq, analitik psixologiyanın banisi Karl Qustav Yunq (1875–1961) elm aləmində yaxşı tanınır.
Mifologiyaya elmi yanaşmanın zərurliyini hələ XX əsrdə məhz K.Q.Yunq demişdir. O və başqa mifoloqlar hesab edirlər ki, bütün miflərə xas olan bölünməz fenomeni – mifologemi fərqləndirmək lazımdır. K.Q.Yunq mifin formalaşmasının 3 mərhələsini göstərir. O, birinci mərhələni tematika kimi (universal mifologema), ikinci mərhələni fəaliyyətdə olan mifologema, üçüncü mərhələni isə ardıcıl mərasimlər, prototiplər şəklində olan mənbələrə dönüş, yəni süjet kimi təsvir edir.
Bütün bunlar “C.G.Jung and С.Kerenyi. Essays on a Science of Mythology, Bollingen Foundation. New York, 1949” və K.Q.Yunqun rus dilinə tərcümə edilmiş (Карл Густав Юнг. Душа и миф. Шесть архетипов. Киев, 1996) kitablarında geniş şərh edilmişdir. Kamal Abdullayev isə K.Q.Yunqun həmin mərhələlər, arxetip və s. haqqında fikirlərini istinad etmədən, formaca dəyişdirərək öz adından təqdim etmiş, yəni oğurlamışdır.
Kamal Abdullayevin bu oğurluq yazısını Azərbaycan dilçiliyində yeni elmi istiqamətin başlanğıcı kimi təqdim edənlər, göründüyü kimi, bilərəkdən, ya da bilməyərəkdən çox böyük səhv edirlər. Hələ illər əvvəl mənim elmi redaktoru olduğum, rus dilində yazılmış “Мифологические и конфессиональные концепты в аспекте лингвокогнитивных исследований” (Баку, 2017) kitabında da bu məsələlər kifayət qədər dərindən araşdırılmışdır. Həmin kitabda K.Q.Yunqun bu fikirlərinə istinadlar bütün hallarda göstərilmişdir.
Beləliklə, Kamal Abdullayev 75 il əvvəl deyilmiş və yazılmış fikirləri oğurlayıb cəmiyyətə Azərbaycan dilçiliyində özünün yaratdığı yeni istiqamət kimi sırıyır.
Ədalət naminə demək lazımdır ki, Kamal Abdullayevi orta səviyyəli bir mifoloq adlandırmaq olar, lakin onun yazdığı “mif”lər özünə həsr olunub və Azərbaycan ədəbiyyatında yadda qalmağa hesablanıb. Əslində o, çox yaxşı bilir ki, yazdıqları yalnız sanitar qovşaqlarının yaddaşında qalacaq, özü isə həmişə yalnız nifrətamiz bir “insan” kimi xatırlanacaqdır.
Diplom alverçiliyi, rüşvətxorluğu, intriqanlığı, təxribatçılığı, başqalarının haqqını yeməsi ilə yanaşı, həm də plagiatorluğu ilə tanınan Kamal Abdullayevin qiymətini vermək sizdən, əziz oxucular!.."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru