Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib...
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib...Dünən, 09:38 |
![]() Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün “Facebook” səhifəsində Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın oğlu, deputat Levon Köçəryanın Milli Assambleyadakı davranışına münasibət bildirərək, Köçəryanın atasının öz milli kimliyi haqda danışdığı məşhur epizodu xatırladıb. Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" məlumat yayıb. “Bu gün Milli Assambleyada “alban” atası “qırış sviter”lə Qarabağdan Ermənistana gəlib, 10 ildə milyarderə çevrilmiş gəda qadınların arxasına söykənərək “babama türk deyənləri” söyüb. Bu o kişinin balaca övladıdır ki, atası camaat qarşısında “mən desəm ki, sən erməni deyilsən” deyəndə nəinki etiraz etmir, hətta “mən albanam” deyə cavab verir”,- Papoyan belə yazıb. Qeyd edilir ki, Papoyan Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryan arasında Köçəryanın etnik kimliyi ilə bağlı maraqlı dialoqun video-görüntüsünü nəzərdə tutur. Videonun 1990-cı illərdə lentə alındığı bildirilir. Sabiq prezidentlər arasında baş tutan qısa dialoqda Levon Ter-Petrosyan Robert Köçəryandan “Deyirlər sən hay (erməni) deyilsən, bu doğrudur?”, - deyə soruşur. Robert Koçaryan isə gülərək “Hə, doğrudur, mən albanam”, - deyə cavab verir. Daha əvvəl modern.az-ın xəbər verdiyi kimi, “mayın 14-də Ermənistan parlamentində əlbəyaxa dava düşüb. Belə ki, eks-prezident Robert Köçəryanın deputat oğlu Levon Köçəryanın baş nazir Nikol Paşinyan haqda aşağılayıcı ifadələr işlətməsi vitse-spiker Akop Arşakyanı hiddətləndirb. “Ara Levon, otur yerinə və sənə deyilənlərə qulaq as!”, - deyə Arşakyan onun üstünə qışqırıb. Hakim partiyanı təmsil edən vitse-spiker Akop Arşakyanın ürəyi soyumayıb və o, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın əsl atası haqqında danışıb. “Camaat Robert Köçəryanın atasının azərbaycanlı olduğunu deyir, lakin biz bunu parlamentin tribunasından səsləndirmirik”, - deyə Arşakyan çoxdan yayılan iddianı təkrarlayıb. Arşakyanın atmacasına dözümsüzlük göstərən Levon Köçəryan ayağa qalxaraq vitse-spikeri söyüb və ona "it balası!" deyib. Daha sonra iqtidar və müxalifət deputatları zalda itələşib, bir-birlərini söyüb təhqir ediblər". Geri qayıt |