Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Dollardan İMTİNA: Azərbaycan nə edəcək?
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dollardan İMTİNA: Azərbaycan nə edəcək?

Dollardan İMTİNA: Azərbaycan nə edəcək?


Bu gün, 08:30
Dollardan İMTİNA: Azərbaycan nə edəcək?
Ukrayna mürəkkəb qlobal ticarət mühiti və Avropa ilə daha güclü əlaqələr fonunda ABŞ dollarından avroya keçməyi düşünür. Bu barədə “Reuters”ə ölkənin Milli Bankının rəhbəri Andrey Pışnıy məlumat verib.

Onun sözlərinə görə, Avropa İttifaqına (Aİ) potensial üzvlük, Ukraynanın müdafiə qabiliyyətinin təmin edilməsində Aİ-nin rolunun gücləndirilməsi, qlobal bazarlarda yüksək volatillik və qlobal ticarətin parçalanma ehtimalı Milli Bankı avronun dollar əvəzinə Ukrayna qrivnası üçün baza valyutası olub-olmaması məsələsinə yenidən baxmağa vadar edir. “Bu iş mürəkkəbdir və yüksək keyfiyyətli, hərtərəfli hazırlıq tələb edir”, - tənzimləyicinin rəhbəri vurğulayıb.

Pışnıy qeyd edib ki, dollar əməliyyatları ölkənin valyuta bazarının bütün seqmentlərində üstünlük təşkil etsə də, avro ilə əməliyyatlarının payı artır.

Ukrayna hərbi səylərini dəstəkləmək üçün xarici maliyyəyə ümid edir. Milli Bankın rəhbəri əlavə edib ki, Kiyev bu il 55 milyard dollar gözləyir ki, bu da nəinki büdcə kəsirini qapadacaq, həm də yardımın həcminin çox güman ki, azalmağa başlayacağı yaxın illər üçün dövlət maliyyə ehtiyatının yaradılmasına sərf olunacaq.

Azərbaycan da bu yolla gedə bilərmi?

İqtisadçı Eyyub Kərimli hesab edir ki, Azərbaycan və Ukraynanın iqtisadi vəziyyəti arasında kəskin fərq var. “Yeni Müsavat”a şərhində iqtisadçı qeyd etdi ki, Ukrayna daha çox Avropa ilə iqtisadi inteqrasiya həyata keçirir: “Ukraynanın Avropa ilə ticarət əlaqələri daha sıxdır. Bu baxımdan xarici ticarət əlaqələrində avroya keçid planları başadüşüləndir. Bu, həm də ABŞ-a qarşı siyasi təzyiqlərlə bağlı qərardır. Azərbaycanın analoji qərar barədə düşünməsinin müsbət təcrübə ola biləcəyini düşünmürəm. Digər tərəfdən, Azərbaycan daha çox neft ixracından asılıdır. Ölkəmizin ən çox ixracat həyata keçirdiyi ölkələr İtaliya, Çin, Rusiyadır. Neftin əsas idxalı dollarla həyata keçirilir. Dövriyyəmiz əsas etibarilə dollarladır. İqtisadiyyatın dövriyyəsini bir neçə valyuta ilə tənzimləmək və ya valyuta zənbilində hər iki valyutanı nəzərə almaq məqsədəuyğun olardı. Lakin düşünmürəm ki, Ukrayna kimi Azərbaycanın da dollardan tam imtina etmək imkanı olacaq. Bununla yanaşı, dünyada iqtisadi və siyasi vəziyyət dəyişsə, ABŞ, yaxud dollar zəifləsə, bu barədə düşünmək olar”.

İqtisadçı Eldəniz Əmirov da hesab edir ki, Ukraynanın avroya keçid istəyi iki faktorla bağlıdır. “Yeni Müsavat”a şərhində iqtisadçı bu faktorlara aydınlıq gətirdi: “Ukraynanın dollardan tam imtina etməsi, avroya keçid istəyi ABŞ-ın Ukraynaya sərt diktə xarakterli münasibəti, eyni zamanda Ukraynanın Avropaya inteqrasiya istəyi ilə bağlıdır. ABŞ-Avropa İttifaqı münasibətlərinin xoş olmayan istiqamətdə irəliləməsi, ABŞ-ın Ukraynanı meydanda tək qoyması ilə bağlı rəsmi açıqlamalar Ukraynanı indiki məqam üçün daha etibarlı hesab etdiyi Avropa İttifaqına üz tutmasına sövq edir. Belə olan halda qarşıdakı dövrdə Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsində, investisiya fəaliyyətində və s. sahələrdə əməkdaşlıq imkanları daha da genişlənəcək. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Ölkəmizin əsas ticarət tərəfdaşları Türkiyə, Rusiya, Çindir ki, dövriyyə dollar vasitəsilə həyata keçirilir. Yalnız İtaliya ilə dövriyyə avro vasitəsilə aparılır. Avropa İttifaqı ölkələri ilə neft kotirovkalarında da dollar dominant mövqedədir. Odur ki, Azərbaycanın dollardan tam imtina etməsi mümkün olsa da, amma gözlənilən deyil. Azərbaycan belə addım atmaz, atsa belə, bu, doğru olmaz”.


Geri qayıt