Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Zatulinə psixi yardım lazımdır"
“Zatulinə psixi yardım lazımdır"Bu gün, 06:23 |
![]() Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti dəfə qərəzli açıqlamaları ilə diqqət çəkib. O, ölkəmiz əleyhinə absurd ifadələr işlədib: "Azərbaycanda cəmiyyətdə rusofobiya yaranıb, bizim Rus Evimizin fəaliyyəti də qadağan edilib". Zatulin skandal sözlərini belə yekunlaşdırıb: "Bu cür epidemiyalar xarakterikdir. Azərbaycan bu gün Rusiya ilə münasibətlərdən əhəmiyyətli dərəcədə daha az asılıdır. Çünki bu gün Qarabağda öz məqsədlərinə çatmaq eyforiyasından istifadəyə davam edir. Qarabağdakı erməni əhalisini oranı tərk etməyə məcbur edən Azərbaycan haqqında başqa cür danışa bilmirəm". Göründüyü kimi, Zatulin yenə də öz ritorikasından əl çəkmir. O, hər fürsətdə Azərbaycanı hədələməyə çalışır və ölkəmiz əleyhinə cəfəng fikirlər səsləndirir. Lakin onun özünün də etiraf etdiyi kimi, Azərbaycan Rusiya ilə münasibətlərdən asılı dövlət deyil. Politoloq Elçin Alıoğlu deyib ki, Zatulin özü ən böyük antisemit, ən böyük rusafobdur. Ekspertin sözlərinə görə, Zatulin unudur ki, Çeçenistan səmasında vurulmuş təyyarənin pilotları Azərbaycan vətəndaşı olan ruslar olublar: "Hansı rusiyafobiyadan söhbət gedir? Bircə fakt varmı ki, Azərbaycanda rusafobiya var? Azərbaycanda rus dilində yüzlərlə məktəb, onlarla KİV var, verilişlər, radio proqramlar var. Zatulin iddia edir ki, "Qarabağdakı ermənilər zorla çıxarılıb". Biz bu bayatıları çox eşitmişik. "Dağlıq Qarabağ"dakı əhalini ermənilər özləri qovublar. Orada əhali sadəcə ermənilərdən ibarət deyildi. Orada azərbaycanlılar, malakanlar, udinlər və s. millətlər yaşayırdı. Zatulin fakt göstərə bilirmi ki, Qarabağdan könüllü çıxmış ermənilərə hansısa zor tətbiq edilib? Zatulin bildirir ki, Azərbaycan müstəqil siyasət yürüdür. Bax, Zatulini əslində qıcıqlandıran, əsəbiləşdirən məsələ budur. Zatulin və onun kimilərin nəzərində Azərbaycan adlı dövlət yoxdur. Zatulinə Allahdan şəfa diləyirəm. Moskvada tanış psixiatrlarım var, əgər istəsə, onun müalicəsini təşkil etməyə hazıram". Geri qayıt |