Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdıBu gün, 03:52 |
![]() Ukrayna müharibəsinin yaratdığı geosiyasi qeyri-müəyyənlik fonunda Azərbaycan-Rusiya münasibətlərində yeni soyuqluq əlamətləri müşahidə edilir. Rəsmi Bakının bu il Moskvada keçirilən 9 May – Faşizm üzərində Qələbənin 80 illik yubileyinə həsr olunan paradda dövlət başçısı səviyyəsində təmsil olunmaması Kremldə narazılıq doğurub. Hələlik rəsmi səviyyədə sərt reaksiya verilməsə də, rusiyalı aparıcılar, sosial media fenomenləri və bəzi politoloqlar Azərbaycan əleyhinə kampaniyaya başlayıblar. Bəzi ekspertlərin fikrincə, Moskva bu istiqamətdə ənənəvi təzyiq alətlərindən – informasiya hücumları, regiondakı separatçı təsirlər və ya iqtisadi rıçaqlardan istifadə edə bilər. Diqqəti Ukrayna cəbhəsində olan Kremlin Bakıya qarşı daha genişmiqyaslı təzyiqlərə əl atması gözləniləndirmi? Moskva bunun üçün hansı resurslara malikdir? Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən parada üç dəfə təkidli şəkildə dəvət olunub: “Sonuncu dəfə Rus Pravoslav Kilsəsinin Patriarxı II Kirill Bakıya gələrək Prezident İlham Əliyevin paradda iştirakını şəxsən xahiş etdi. Bu dəvət Moskva üçün həm siyasi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyırdı. Dövlət başçısının paradı boykot etməsi Moskvada ciddi narahatlıq doğurub. Əgər belə olmasaydı, Rusiya mediası Azərbaycan əleyhinə bu qədər kəskin kampaniya aparmazdı. Bu faktın özü göstərir ki, Prezident İlham Əliyev doğru və prinsipial qərar verib. Çünki Moskva ölkəmizə qarşı həqiqətən səmimi münasibət bəsləmir. Bakını “strateji tərəfdaş” adlandırsa da, əməldə münasibətlərdə yuxarıdan aşağı yanaşmanı hər addımda hiss etdirir. Rusiya ötən il dekabrın 25-də Qroznı yaxınlığında AZAL-a məxsus təyyarənin vurulmasına görə bu günə kimi rəsmi səviyyədə üzr isyəməyib. Son zamanlar o ölkədə yaşayan azərbaycanlılara qarşı da radikal davranışlar sərgilənir. Azərbaycan öz müstəqil mövqeyini ortaya qoyduqda isə Rusiya bütün informasiya resurslarını səfərbər edərək qarayaxma kampaniyasına start verir. Moskva anlamalıdır ki, Azərbaycan keçmiş SSRİ-nin müttəfiq respublikası deyil, tam müstəqil dövlətdir və öz yolunu özü müəyyən edir”. Ekspert vurğulayıb ki, Rusiya tarixən onunla hesablaşmaq istəməyən ölkələrə qarşı təxribatlar, sui-qəsdlər və terror aktları təşkil etməklə tanınır: “Lakin indiki mərhələdə bu cür addımlar Azərbaycan üçün keçərli deyil. Bakının rəsmi mövqeyi bəllidir: çətinlik qarşısında geri çəkilmir, əksinə adekvat cavab verir. Rusiya bunu yaxşı anlayır. Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Moskvanın cənub sərhəddində – Cənubi Qafqazda yeni bir gərginliyi idarə etməyə nə hərbi, nə də siyasi resursu qalıb. Əgər Rusiya daha sərt addımlar atarsa, bunun nəticəsində Azərbaycanı tamamilə itirə bilər. Ona görə də, təzyiqlər daha çox informasiya sahəsində və Rusiyada yaşayan azərbaycanlılara qarşı ayrı-seçkilik formasında özünü göstərəcək. Ancaq Moskva daha irəli getmək fikrinə düşərsə, bu, onun üçün qazancdan çox itkiyə səbəb olacaq.” Geri qayıt |