Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > ABB-də yeni təyinat
ABB-də yeni təyinatDünən, 10:49 |
![]() ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Hüquq departamentində yeni təyinat olub. Banker.az xəbər verir ki, Teymur Kərimov departamentin direktoru vəzifəsinə təyin edilib. Teymur Kərimov 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2013–2015-ci illərdə isə Beynəlxalq hüquq ixtisası üzrə magistr təhsili alıb. 2022–2023-cü illərdə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasını idarəetmə psixologiyası ixtisası üzrə bitirib. Fransa, Koreya Respublikası və Türkiyədə müxtəlif təlim və təcrübə proqramlarında iştirak edib. Rus, ingilis, fransız dillərini bilir. Əmək fəaliyyətinə 2013-cü ildə konsaltinq şirkətində başlayıb, 2015-2018-ci illərdə “AXA MBASK” Sığorta Şirkətində Hüquq və subroqasiya departamentinin direktoru vəzifəsində çalışıb. 2018-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzində Hüquq və insan resursları departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. Teymur Kərimov 02 fevral 2021-ci il tarixində ABB-də Hüquq departamentinin Beynəlxalq əqdlər və vergitutma şöbəsinin müdiri vəzifəsində işə başlayıb. 8 fevral 2023-cü il tarixindən son təyinata qədər Hüquq departamentinin direktor müavini olub. Geri qayıt |