Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazarDünən, 11:52 |
![]() Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ayla müqayisədə valyuta ehtiyatlarının artdığını açıqlasa da, ümumilikdə, ötən ilin hesabat dövrü ilə müqayisədə əsas bankın əmanətləri azalıb. Maliyyə tənzimləyicisinin daxili valyuta bazarına müdaxiləsi ilə bağlı məlumatların olmaması səbəbindən bunun səbəbləri məlum deyil. Keçən il noyabrın əvvəlində AMB bu vəziyyəti dövlət xərcləri ilə əlaqələndirdi. Bu arada quumun statistikasına əsasən, bu il mayın əvvəlinə onun ehtiyatları 11 milyard 62,5 milyon ABŞ dolları təşkil edib. Qeyd olunan rəqəm əvvəlki ayla müqayisədə 36 milyon dollar artıb. Ötən ilin müvafiq ayları ilə müqayisədə ölkənin əsas bankının yüksək likvidli aktivləri 5,1 faiz azalıb. Yuxarıda qeyd olunanlara onu da əlavə edək ki, milli valyutanın devalvasiyasından sonra, 2016-cı ilin yanvar ayından başlayaraq Mərkəzi Bank dollar satmasa da, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) üçün mütəmadi olaraq valyuta ticarətini təşkil edir. Fond valyuta satışını yalnız qurumun dövlət büdcəsinə maliyyə köçürmələri zamanı milli valyutada illik xərclərini ödəmək üçün AMB və Maliyyə Nazirliyi ilə razılaşdırılmış qrafik üzrə həyata keçirir. Maraqlıdır ki, aprel ayında Dövlət Neft Fondu ehtiyat valyutanın satışını iki dəfə artırıb - bu rəqəm 623,4 milyon dollar artıb. Bu barədə ARDNF-in hesabatında qeyd olunur. Müqayisə üçün bildirək ki, ötən ilin eyni ayında satılan dollarların həcmi 286 milyon dolları ötməmişdi. Bundan başqa, ilk üç ayda valyuta hərraclarında ümumilikdə 2 milyard 420,6 milyon dollar satılıb. AMB-nin məlumatına görə, valyuta satışının ümumi həcminin 35,7 faizi fevral ayına, 64,3 faizi isə mart ayına düşüb. Belə ki, martda cəmi on üç iş günü olmasına baxmayaraq, valyutanın böyük hissəsi yazın ilk ayında satılıb. Eyni zamanda, satışlar üç dəfə artıb. İqtisadçı ekspert Xalid Kərimli AYNA.AZ-a şərhində deyib ki, yazın əvvəlində dolların bahalaşması dünyada baş verən ağır iqtisadi vəziyyətlə əlaqəlidir: “Mart ayında Vaşinqtonun məhdudlaşdırıcı rüsumları səbəbindən əmtəə bazarlarında çaxnaşma yaranıb. Bundan narahat olan vətəndaşlar valyuta almağa başlayıblar. Martda və aprelin əvvəllərində Amerika administrasiyasının iqtisadi tədbirləri nəticəsində qlobal bazarlarda qeyri-sabit vəziyyət neftin ucuzlaşmasına səbəb oldu - bir barelin qiyməti 15-20 faiz aşağı düşdü. Bütün bunlar gərginliyin dərəcəsini artırdı və bu, dollara tələbin artmasına səbəb oldu”. İqtisadçı ekspert Samir Əliyev də AYNA.AZ ilə söhbətində bildirib ki, bu, 2020-ci ildən bəri qeydə alınan ən yüksək hədddir: “Daha sonra koronavirus pandemiyası ilə əlaqədar neftin kəskin azalması ona gətirib çıxardı ki, yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondu vasitəsilə valyuta satışı 2,8 milyard dollar oldu, martda isə 1,9 milyard dollar satıldı. Həmin il yazın əvvəlində də neftin kəskin azalması baş vermişdi. Əslində bu gün biz oxşar vəziyyətin şahidi oluruq”. Həmsöhbətimiz xatırladıb ki, bu ildən başlayaraq ARDNF və AMB valyuta ticarətinin nəticələrinə dair aylıq məlumatların dərcini dayandırıb: “Dövlət Neft Fondu bu ildən etibarən valyutanın satış həcmi ilə bağlı aylıq məlumat dərc etmir. Mart ayından Mərkəzi Bank analoji qərar qəbul edib. Maliyyə tənzimləyicisinin rəhbərliyi qeyd edir ki, məzənnənin sabitliyi və ticarət zamanı xarici valyutaya tələbatın tam ödənilməsi səbəbindən AMB bu məlumatın ictimaiyyətə açıqlanmasını məqsədəuyğun hesab etmir”. “Fikrimcə, bu, yanlış yanaşmadır. Çünki, ilk növbədə, söhbət dövlət maliyyəsinin tərkib hissəsi olan vəsaitlərdən gedir. Bu cür məlumatları şəffaflıq və hesabatlılıq baxımından açıqlamaq lazımdır. İkincisi, informasiyaya çıxışın məhdudlaşdırılması əlavə suallar və narahatlıqlar yaradır ki, bu da neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranmış hazırkı kifayət qədər çətin vəziyyətdə arzuolunmazdır. Məlumatların gizlədilməsi gərginliyi artırır və yanlış nəticələrə gətirib çıxarır”. Öz növbəsində iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu mövzu AMB rəhbərliyinin bir aydan artıqdır ki, həftəlik valyuta hərraclarının nəticələrini açıqlamaması ilə bağlı keçirilən görüşdə müzakirə olunub: “Bankən İdarə Heyətinin sədri Taleh Kazımov bu addımın səbəbini kifayət qədər əsaslı şəkildə izah etdi, amma, hesab edirəm ki, belə bir qərar bazarda gərginliyin dərəcəsini azaltmağa kömək etmir, əksinə, onu artırır. Təbii ki, Dövlət Neft Fondunun nə qədər valyuta satdığını başqa mənbələrdən də öyrənmək olar, lakin hərracların nəticələri şəffaf olmalıdır”. AYNA.AZ Geri qayıt |