Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdıBu gün, 10:29 |
![]() Aprelin 22-də Hindistanın Pakistanla sərhədində baş verən terror aktından sonra iki ölkə arasında gərginlik artmağa davam edir. Hər iki ölkə bir-birinin ərazisinə hava hücumları həyata keçirir. Əsasən Hindistanın kiçik miqyaslı hücumlarına Pakistan ordusundan sərt cavab verildiyi müşahidə olunur. Sərhədin iki tərəfində də ordular cəmləşdirilir. Həm Dehli, həm də İslamabad rəsmiləri müxtəlif əməliyyatların keçirildiyini açıqlayır və müharibə bəyanatları verirlər. Hindistan-Pakistan gərginliyi böyük müharibə ilə nəticələnə bilərmi? Bu münaqişənin indiki vəziyyətdə alovlanmasının səbəbləri nələrdir? Globalinfo.az-a danışan türkiyəli politoloq Həsən Barın deyib ki, illərlə türk ölkələrini birləşdirəcək Zəngəzur dəhlizi müzakirə mövzusu oldu: “Bu istiqamətdə müəyyən irəliləyişlərin qeydə alınması və xüsusilə də Çin tərəfindən dəhlizə dəstək göstərilməsi imperialist dairələri ciddi şəkildə narahat etdi. Həmin narazılığın nəticəsi olaraq alternativ ticarət marşrutları müəyyənləşdirildi. Onlardan ən önəmlisi isə, Çin və Türk dünyasının strateji mərkəzi olan Türkiyəni oyundankənar buraxan Hindistan – Yaxın Şərq– Avropa iqtisadi dəhlizi idi. Pakistan və Hindistan Çinin birbaşa qonşuluğundadır. Belə bir şəraitdə Hindistana dəstək verilməsi ilə həm Pekin üzərində təzyiq artırılır, həm də Türkiyə və Çin tərəfindən dəstəklənən Pakistanı nəzarətdə saxlamaq məqsədi güdülür. Baxmayaraq ki, münaqişənin əvvəlində bəzi qüvvələr “biz müharibə istəmirik, dünya belə bir savaşı qaldıra bilməz” kimi açıqlamalar verirdilər. Amma arxa planda Hindistana dəstək göstərirlər ki, bunun əsas səbəbi də aydındır”. Politoloq 10 gün əvvək pakistanlı bir jurnalistlər böyük müharibə başlayacağı ilə bağlı mesaj aldığını söyləyib: “Yəni mənə belə bu prosesin vaxtı öncədən deyilmişdi. Bəs minlərlə müşaviri, dünyanın hər yerində casusları olan, hətta göylərin ən yüksək qatında uçan quşun belə dırnağının uzunluğundan xəbərdar olan imperialist güclər bunu bilmirdilərmi? Əgər istəsəydilər, qarşısını ala bilməzdilərmi? Qarşısını almağı bir kənara qoyaq, müharibə başlayana qədər normal bir açıqlama belə verilmədi. Hindistana “yaşıl işıq” yandırıldı və bu ölkə özünü güclü hesab edərək alçaqcasına hücuma keçdi. Əgər deyilənlərin doğru olmadığını fərz etsək belə, sual yaranır: On illərdir davam edən Kəşmir problemi niyə məhz bu səbəblər formalaşdıqdan dərhal sonra yenidən alovlandı? Niyə Pakistanın suvarma ehtiyacının 80%-ni təmin edən Çenap çayı üzərindəki Bağlıhar Su Elektrik Stansiyasının qapaqları qəfil bağlanaraq suyun axını dayandırılır? Hər zaman açıq və gizli şəkildə Türkiyəyə, Azərbaycana və ümumilikdə türk dövlətlərinə dəstək vermiş, etdiklərini heç vaxt unutmadığımız, minnətlə xatırladığımız qardaş Pakistanı dəstəkləyirik. Müharibədə də, sülhdə də bu mövqe dəyişməyəcək və əbədi olaraq belə qalacaq”. Geri qayıt |