Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Gənc şairin ölüm təhlükəsi aradan qalxıb
Gənc şairin ölüm təhlükəsi aradan qalxıbDünən, 17:15 |
![]() Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində müalicəsi davam edən gənc şair Həsən Kürün vəziyyəti hələ də ağır-stabil olaraq qalır. Bu barədə yazıçı-publisist Nadir Yalçın məlumat verib. Nadir Yalçın “Sherg.az”a açıqlamasında qeyd etdi ki, gənc şair Həsən Kürün vəziyyəti ağır olaraq qalsa da, ölüm təhlükəsi aradan qaldırılıb: - Həkimlərin səyi nəticəsində ölüm riski dəf edilib. Bəli, vəziyyəti ağırdır, amma əsas odur ki, ən təhlükəli dövr arxada qalıb artıq. Tənəffüs aparatına qoşuludur. Bədənində həddindən çox sınıq və qırıqlar var. Beyni travma alıb. Həsən xüsusi nəzarət altındadır. O Vətən uğrunda döyüşüb, qazidir. Xüsusi münasibət olmalıdır, təbii. N.Yalçın bildirdi ki, ailəsi, doğmaları xəstəxanaya gəlir, lakin reanimasiya şöbəsinə heç kim buraxılmır: - Valideynləri gəlir xəstəxanaya, doğmaları onu tək buraxmır. Amma bilirsiz ki, reanimasiya şöbəsinə daxil olmağa icazə yoxdur. Həsən yeni evlənib. İlk körpəsi dünyaya gəlməlidir. Ümid edək ki, körpənin ayağı düşərli olar, sıxıntılar aradan qalxar. N.Yalçın Həsən Kürün maddi sıxıntı içində olduğunu təsdiqlədi: - Maddi sıxıntıları vardı, bəli. Bu barədə yaxın dostlarına danışırdı. Həm də müharibə iştirakçısıdır, psixoloji sarsıntıları da ola bilər. Amma, sosial şəbəkələrdə bəzi xəbərlər yayıldı, doğru deyil. Bilən də, bilməyən də yazır, sensasion məlumat paylaşmağa çalışırlar. Hər bir insan həyatda çətinliklə qarşılaşa bilər. İnşəllah, sağalsın, ailəsinin yanında olsun. Xatırladaq ki, 1996-cı il təvəllüdlü Həsən Kür fevralın 22-si axşam saat 19:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibb yardım göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir. Qeyd edək ki, 29 yaşlı şair fevralın 22-də Sabunçu rayonundakı “Sevinc Mall” ticarət mərkəzinin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. 44 günlük Vətən müharibəsi iştirakçısı olan şairin maddi sıxıntıdan intihara əl atdığı deyilir. Geri qayıt |